Hadisə
13.10.2015 / 17:26

Lənkəranda 76 ədəd mina partladıldı

Lənkəranda 76 ədəd mina partladıldı
ANAMA (Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi) bu gün Lənkəranda mina zərərizləşdirilməsi üzrə nvöbəti əməliyyatını həyata keçirib.
Lənkəranın bir vaxtlar tank batalyonunun poliqonu kimi istifadə olunan ərazilərində ANAMA bir neçə ildir işlək vəziyyətdə olan hərbi sursatın, əsasən də tank əleyhinə minaların aşkarlanması ilə əlaqədar iş aparır. Agentlik əməkdaşları bu dəfəki əməliyyat zamanı 76 ədəd tank əleyhinə mina, 6 ədəd isə hərbi sursat partladıblar.
ANAMA-nın mütəxəssisi Böyükağa Haqverdiyev bildirib ki, bununla da Lənkəranın quru ərazilərində mina təmizlənməsi əməliyatı başa çatıb. Bundan sonra dəniz ərazilərində axtarışlar aparılacaq.
Qeyd edək ki, dəniz suyunun səviyyəsinin son 20 ildə qalxması nəticəsində ərazidə sovetdən qalma iki sursat anbarı suyun altında qalıb. Bu da təmizləmə işinin bir qədər uzun çəkməsinə səbəb olub. Növbəti mərhələdə dənizin içinə doğru 300 metr ərazidə təmizləmə işi aparılacaq. İndiyədək Lənkəran ərazisində 200-ə qədər mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Pərvanə NƏHMƏTQIZI / İnform.az

Baxış sayı: 435