Dünya
13.10.2015 / 15:27

"Səfirliyimizin atəşə tutulması terror aktıdır"

"Səfirliyimizin atəşə tutulması terror aktıdır" "Moskva Rusiyanın Suriyadakı səfirliyinin atəşə tutulmasını terror aktı kimi qiymətləndirir".

Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün ruandalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Dəməşqdəki səfirliyimizin atəşə məruz qalmasını səfirimiz də təsdiqləyib. İki mina səfirliyimizin ərazisinə düşüb. Bu açıq-aydın terror aktıdır. Yəqin ki, bu, terrorla mübarizə tərəfdarlarını qorxutmağa və ekstremistlərə qarşı mübarizəni əngəlləməyə yönəlib", - deyə Rusiya XİN başçısı vurğulayıb.

İnform.az

Baxış sayı: 349