İdman
13.10.2015 / 12:08

Teymur Rəcəbovdan bürünc medal

Teymur Rəcəbovdan bürünc medalOktyabrın 10-da Almaniyanın Berlin şəhərində start götürən sürətli şahmat üzrə Dünya Çempionatı başa çatıb. 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev təmsil ediblər.

Çempion adını 15 turdan aktivinə 11.5 xal yazan Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen qazanıb. Təmsilçimiz Teymur Rəcəbov, rusiyalı İan Nepomniatçi və Kuba şahmatçısı Perez Leyner Dominqez hərəyə 10.5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Teymur Rəcəbov əlavə göstəricilərə görə, bürünc medala sahib olub. Şəhriyar Məmmədyarov 10 xal toplyaraq 5-12-ci yerləri bölüşdürərək əlavə göstəricilərə görə 10-cu olub. Qədir Hüseynov 9.5 xalla 24-cü, Rauf Məmmədov 8 xalla 52-ci, Eltac Səfərli isə 54-cü pillədə qərarlaşıb.

Çempionat İsveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilib. Oktyabrın 13-14-də isə blits turnir keçiriləcək.

İnform.az

Baxış sayı: 314