Foto arxiv
03.07.2015 / 16:59

Dahilər bir arada

Dahilər bir arada

Arxivlərimizdə qarşımıza maraqlı materiallarla yanaşı, eyni zamanda tarixi şəkillər də rast gəlir. Bu günlərdə də çox maraqlı bir şəkil əldə etdik. Hətta bu rəsmi əvəzsiz tapıntı da adlandırmaq olar. Belə ki, həmin şəkildə o dövr Azərbaycan ədəbiyyatının dahilərinin hamısı 1929-cu ildə Tiflisdə “Zarya Vostok” qəzetinin redaksiyasında bir aradadırlar.

Açığı, ilk dəfə idi ki, söz uzmanlarının hamısını bir arada görürdük. Elə bu baxımdan da şəkilin tarixiliyini nəzərə alaraq, onu oxucularımızla da bölüşmək qərarına gəldik.

Beləliklə:

Oturanlar (soldan sağa)

1. Cəlil Məmmədquluzadə
2. Hüseyn Cavid
3. Ə. Haqverdiyev
4. Cabbar Əfəndizadə
5. S.Sani Axundov
6. İbrahim Eminbəyli
7. Hacı Kərim Sanılı



Ayaq üstə duranlar (soldan sağa)

1. Xəlil İbrahim
2. Cəfər Cabbarlı
3. Seyid Hüseyn
4. Süleyman Rüstəm
5. Mikayl Müşfiq
6. Abdulla Şaiq
7. Əhməd Cavad
8. Məhəmməd Rahim


İnform.az

Baxış sayı: 1667