Dünya
12.10.2015 / 17:06

Putin Qazaxıstana dövlət səfəri edəcək

Putin Qazaxıstana dövlət səfəri edəcəkRusiya prezidenti Vladimir Putin oktyabrın 15-16-da Qazaxıstana dövlət səfəri edəcək.
V.Putinin dövlət səfəri çərçivəsində Astanada ikitərəfli əməkdaşlığa, o cümlədən energetika, nəqliyyat, kosmik araşdırma sahələrinə dair bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Məlumata əsasən, Rusiya prezidenti qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə bir sıra regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparacaq, Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə dair aktual mövzuları müzakirə edəcək.
Səfərin yekununda bir sıra ikitərəfli sənədlərin imzalanacağı da gözlənilir.
Oktyabrın 16-da V.Putin MDB dövlət başçıları və Avrasiya İqtisadi İttifaqı Ali Şurasının toplantısında da iştirak edəcək.
Qeyd edək ki, dövlət səfəri diplomatik praktikada ali ziyarət sayılır.

İnform.az

Baxış sayı: 318