Dünya
12.10.2015 / 16:50

Türkiyədə antiterror əməliyyatı

Türkiyədə antiterror əməliyyatı Tükiyənin Hakkari bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 17 terrorçu məhv edilib.

Bu haqda ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatı nəticəsində 17 terrorçu zərərsizləşdirilib, onlara məxsus üç mağara, bir silah-sursat anbarı məhv edilib.

Antiterror əməliyyatı keçirilən ərazidə aparılan axtarış nəticəsində bir ədəd "RPG-7" silahı, onun 7 ədəd sursatı, 900 ədəd 12,7 mm çaplı patron, 409 ədəd mərmi, 242 ədəd "Kalaşnikov" avtomatı, çoxlu sayda partlayıcı maddə, terrorçulara aid sənəd və yaşamaq üçün vacib ləvazimatlar ələ keçirilib.

İnform.az

Baxış sayı: 313