İdman
12.10.2015 / 16:19

Rəsul Çunayev birinci oldu

Rəsul Çunayev birinci olduRəsul Çunayev Dünya Güləş birliyinin reytinq cədvəlində birinci olub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, xidmətin hərbi qulluqçusu, dünya kubokunun qalibi, gənclər və yeniyetmələr arasında Avropa çempionu, Yunan-Roma güləşi üzrə 71 kiloqram çəki dərəcəsində Birinci Avropa Oyunlarının çempionu leytenant Rəsul Çunayev Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatının qızıl medalını qazandıqdan sonra Dünya Güləş birliyinin reytinq cədvəlində birinci yerdə qərarlaşıb.

İnform.az

Baxış sayı: 148