Baş xəbər, Hərbi
12.10.2015 / 15:16

Azərbaycan Rusiyadan hərbi helikopter alacaq

Azərbaycan Rusiyadan hərbi helikopter alacaq Rusiya və Azərbaycan arasında hərbi texnika satışına dair danışıqlar aparılır.

Bu barədə iki ölkənin hökumətlərarası komissiyasındakı mənbədən məlumat verilib.

Azərbaycana hərbi texnikanın çatdırılmasına dair müzakirələr qapalı keçirilir.

Mənbənin sözlərinə görə, danışıqlar əsasən, Azərbaycana helikopter və zirehli texnika satışı ilə bağlı aparılır.

İnform.az

Baxış sayı: 406