Şərhlər
12.10.2015 / 14:10

Buddizimin yaradıcısı Türk Saka Munidir - I yazı

Buddizimin yaradıcısı Türk Saka Munidir -
Aydın MƏDƏTOĞLU / İnform.az


Türklərin bizim eradan əvvəl bəşəriyyətə bəxş etdiyi dinlərdən biri də Buddizmdir.
Qədim Hind mənbələri Budda dininin əsasını qoyan Sak Muninin (Sakya Muninin) eradan əvvəl 557-447-ci illərdə yaşamış bir Sak şəhzadəsi olduğunu qeyd etmişlər. Müasir tədqiqatçıların da əksəriyyəti Buddizimin yaradıcısı olan Buddanın Sak əsilli bir Hindistan şahzadəsi olduğu fikrində yekdildirlər. (Bax: Vostoçnıy Türkistan v drevnosti i rannem srednevekovye, Moskva 1988, səh. 229; Məlikova M, Bayramov E, Azərbaycan hüquqi siyasi mədəniyyət tarixi (Oçerklər), Bakı 1984, Bəxtiyar Tuncay, Sakların tarixi, dili və ədəbiyyatı, Bakı 2009, səh. 196 və s.).
Tədqiqatçılar göstərmişlər ki, Saklar ( Skiflər, İskitlər) özlərini Sakı adlandırmışlar ( Bax, Terenojkin A.İ, Skifskaya kultura, Problem Skifskoy arxeoloqii, Moskva 1971, səh.17)
Sak Şahzadəsi Sak Muni eradan əvvəl 557-ci ildə Nepal bölgəsinin Lumbin şəhərində anadan olmuşdur. Budda bu dinin yaradıcısı olan və Hindcə Qautama Siddhatta adlanan şəxsin ləqəbidir, Budda aydınlanan, ilhama qovuşan deməkdir.
Buddist mətnlərdə Sakya Muni də adlandırılan Budda Sak Türklərinin hökümdar ailəsinə mənsub olduğu üçün ona Sakya Muni- yəni Sak ailəsinin bilgini də deyilmişdir.Türkdilli mətnlərdə Budda Sak Muni və Berxan kimi də göstərilmişdir. Mahmud Kaşğari özünün məhşur Divanü lüğət-it-Türk əsərində göstərir ki, Türklər Buddaya Burxan, Budda tapınyılarına (monastırlarına) isə Burxan evi adı vermişlər.
Burxan Türk dini mifoloji sistemində Tanrı anlamına gəlir. Türkdili Buddist ədəbiyyatının şah əsərlərindən biri olan Altun yarıqda da Buraxan Tanrıların Tanrısı adlandırılır ( Bax N. Cəfərov, Qədim Türk ədəbiyyatı, Bakı 2004, səh.297).
Türkdilli Buddist mətnlərində rast gəlinən Sakı terminin etnonim olduğu, və həmin etnonimin Buddanın mınsub olduğu xalqın ( yeni Sakların- A.M) adını istifadə etdiyini qeyd eden məşhur türkoloq V.Radlov göstərmişdir ki, Burxan şəxs adı olub, Budda-Buddist təliminin yaradıcısıdır.( Bax, V.V. Radlov, Drevnetyurskiy slovar, Leminqrad 1669, səh. 520).
Sak Türklərindən olan Hindistan hökümdarı oğlu-şəhzadə Sak Munini saray qaydaları əsasında yetişdirmək istəsə də, o, 29 yaşında olarkən saray həyatını, ata-anasını, həyat yoldaşını və oğlu Tolpu Tüzün Uğanı tərk etmiş, altı il səngərdə dolanaraq bir dəri bir sümük qalanadək özünə çilə çəkdirmiş, lakin öncəki saray həyatı ilə indiki həyatının hər ikisinin də yararsız olduğunu görüb orta yolu seçmiş, bununlada aydınlanmış, Budda olmuş, Peyğəmbərliyə yüksəlmiş, tapmış olduğu həqiqəti dünyaya yaymağa başlamışdır. Budda öz dinini ilk olaraq mənsub olduğu Saklar arasında yayamağa başlamışdır. (Seçmələr bizimdir-A.M. Bax Dyakonova İ.V, Osada Kusanqarı, Vostoçnıy Türkistan i Srednyaya Aziya, Moskva 1984, səh.98 Bəxtiyar Tuncay göstərilən əsəri , səh. 207-210).
Ömrünün qırx ilini öz dinini yaymağa sərf edın Budda dörd mühim həqiəti irəli sürmüşdür.
Birinci həqiqətə görə həyat bir izdirabdır. Doğuş, qorxu, xəstəlik, əzab-əziyyət, bədbəxtlik, ölüm məhz bu həyatdadır.
İkinci həqiqət bu izdirabların qaynağı olan hədsiz hüdudsuz olan arzular, aşırı və keçici ehtiras və həvəslərdir.
Üçüncü həqiqət bu iztirabların yox edilməsi üçün daxili sakitliyin əldə olunması və bu hədsiz-hüdudsuz arzulardan, aşırı və keçici həvəslərdən vaz keçilməsidir.
Dördüncü həqiqət daxili sakitlityin əldə edilməsi və mənəvi sakitliyə ulaşmaq üçün səkkiz maddədən ibarət yolun təqib edilməsidir. Bu səkkiz maddəli yol isə bunlardır.
1) Doğru danışmaq
2) Doğru davranmaq
3) Doğru yaşamaq
4) Doğru mühakimə
5) Doğru nəzarət etmək
6) Doğru anlamaq
7) Doğru seçmək
8) Doğru hərəkət etməkdir

Türklərin Saka, Kusan, Tabğac, sonra isə Uğur boyları sırası ilə eradan əvvəl VI əsrdən bizim eranın X əsrinə qədər ayrı-ayrı dövrlərdə Budda dininə sitayiş etmişlər.

Baxış sayı: 479