Maqazin
12.10.2015 / 13:39

Hacı Nuran əməliyyata getdi

Hacı Nuran əməliyyata getdiAparıcı Hacı Nuran Hüseynov Almaniyaya qayıdıb.

Bu haqda xalq artisti Faiq Ağayev xəbər verib.

O, “Hacı Nuranla toyda görüşdük. Xeyli şirin-şirin söhbətləşdik. Cismən əziyyət çəksə də, ruhən möhkəmdir. Əməliyyat üçün yola çıxacağını söylədi. Allah sənə yar olsun, xeyirxah insan. Dualarım səninlədir” deyə, bildirib.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən aparıcıya ilik transplantasiyası ediləcək. Bir neçə günlük Bakıya gələn Hacı Nuran açıqlamasında əməliyyatın ağır olduğunu bildirmişdi.

İnform.az
Hacı Nuran əməliyyata getdi

Baxış sayı: 403