Şərhlər
12.10.2015 / 13:14

Fedon

Fedon (Müdriklər və korifeylər silsiləsindən)

Əlisa NİCAT / İnform.az


(Əvvəli burada)
- Ən yaxşı sübut odur ki, - Kebet davam etdi,- adam kimləsə nə barədəsə soruşanda, onun özü hər bir suala düzgün cavab verə bilər - amma o şərtlə ki, sual düzgün verilsin. Yeri gəlmişkən əgər adamların biliyi və doğru anlamı olmasaydı, onlar doğru cavab da verə bilməzdilər, bundan əlavə insanın hər hansı bir çertyoj və ya buna oxşar şey qabağında qoy, onda tam aydınlıqla əmin olacaqsan ki, bu həqiqətən də belədir.
-Simmiy, əgər bu sənə kifayət etmirsə,- Sokrat dedi onda bax gör başqa bir mülahizə ilə razılaşmayacaq; sanki, bax məsələn, aşağıdakı kimi. Sən axı hardasa bilik deyilən şeyə şübhə edirsən. Bəlkə bu, nəyinsə yadına düşməsi ilə bağlıdır.
-Yox,- Simmiy etiraz etdi,- Mən elə məhz şübhə etmirəm, mənə yalnız bir şey lazımdır o şey ki, məhz ondan danışılır: yada salmaq, xatırlamaq. Kebet indicə mülahizələrlə bağlı söhbət açdı, və demək olar ki, hər şey yadına düşdü. Ona görə də sizinlə razıyam, amma buna baxmayaraq eşitmək istəyirəm ki, Sokrat, sən nə fikirdəsən.
-Mən bax belə fikirləşirəm,- Sokrat cavab verdi,- aydındır ki, bizim hər ikimiz o məsələdə razılaşırıq ki, əgər insan nəyi isə yada salmalıdırsa, onu əvvəlcədən bilməlidir, elədirmi
-Əlbəttə!
-Onda biz gəl həm də onunla razılaşaq ki, bilirik. Əgər o bu yolla meydan çıxırsa, (hansı yolla, indi deyəcəyəm) bu artıq çoxdankı şeyi xatırlamaqdır. Əgər insan nə isə görür və ya eşidirsə və hər hansı bir başqa bir hiss vasitəsi ilə qavrayırsa, nəinki təkcə bunu bilir, eyni zamanda nə isə başqa bur biliyə məxsus özgə bir şeydə fikirləşir, buna görə məgər haqqımız yoxmudur təsdiq edək ki, o, nə haqda fikirləşirsə onu yada saldı.
- Necə yəni?
-Budur, səninçün bir misal. İnsanı tanımaq və liranı tanımaq, başqa-başqa biliklər deyilmi?
- Bəli məlumdur. Amma sənə məlumdur ki, sevgililər, sevgililərin lirasını və ya plaşını və ya məsələn sevimlilərinin sevimlilərinə məxsus olan hər hansı başqa bir əşyasını görən zaman nə hisslər keçirilər. Bax elə bu da xatırlama deməkdir. Eləcə o da dəqiqdir ki, Simminin görənlər çox vaxt Kebeti də xatırlayırlarş Buna aid minlərlə misal çəkmək olar. Elədirmi?
-Bəli Zevsə and olsun ki, minlərlə,-Simmiy təsdiq etdi.
-Deməli bu da bir npv xatırlamadır- Sokrat davam etdi- Lakin xüsusiilə mənə elə gəlir ki, məsələ üstündən uzun müddət keçib unudulan və çoxdan bəri görmədiyin şeylərə gələndə "xatırlama" demək gərəkdir səncə necə olar?
-Tamamilə mümkündür.
-Bəs Simminin şəklini görüb Simminin özünü yada salmaq necə?
-Bu da mümkündür.
-Bütün bunlardan belə bir nəticə çıxmır ki, xatırlama təkcə oxşarlıqdan yox oxşamamaqdan da yarana bilər.

Baxış sayı: 263