Maqazin
11.10.2015 / 04:39

Aktyor həbs edildi

Aktyor həbs edildi Şaya Labaf Texas ştatının Ostin şəhərində polislə yaşanan qarşıdurmadan sonra saxlanılıb.

İçkili və narkotik maddələrin təsiri altında olan aktyor ətrafdakı insanlara problem yaratmağa başladıqdan sonra Texas polisi məsələyə müdaxilə edib.

Verilən məlumata görə, aktyor barların birindən çıxdıqdan sonra maşın yolu ilə qaçmağa başlayıb. Ətrafda olan nəqliyyat vasitələrinin hərəkətinə mane olan Labaf polisin müdaxiləsinə sərt reaksiya verdib və nəticədə həbsxanaya atılıb.

Xatırladaq ki, yaxın günlərdə aktyor çəkiliş meydançasında baş verən bədbəxt hadisədən sonra xəstəxanaya göndərilmişdi

İnform.az

Baxış sayı: 338