Gündəm, Maraqlı
03.07.2015 / 13:10

Nə üçün qadınlar?..

Nə üçün qadınlar?..

Tarix boyu kişi peşəsi dedikdə ümumi olaraq fiziki gücün tələb etdiyi və önə çıxdığı işlər başa düşülüb. Ancaq ruhi və emosional xüsusiyyətlər ilə xəyal gücünün önə çıxdığı bəzi işlər də yenə kişilərin inhisarındadır. Məsələn, rəssamlıq, bəstəkarlıq, dirijorluq məktəbi və s. kimi.
Şübhəsiz, tarix boyunca bir çox qadın rəssamlar dəyərli əsərlər yaradıblar. Ancaq burası da var ki, muzeylər və dəyərli kolleksiyalara baxanda qadın sənətkarların əsərlərinə o qədər də rast gəlmirik. Deyək ki, Hadi Rafael, Rambrandt kimi ustaların yaşadıqları dövrlərdə qadınların sosial mövqelərinə görə rəssamlıqla məşğul olmaları o qədər də asan deyil. Amma Dali və Pikasso kimi yaxın tarixlərdə yaşamış rəssamların zamanında belə bir çətinlik də yox idi. O halda bunun başqa bir səbəbi olmalıdır.

Məsələn, niyə qadın bir Motsart və Bethoven yetişməməli idi? Musiqi ilə məşğul olan qadın müğənnilər, pianoçular, skripkaçılar və ya ansambldakı bütün qadın işçilər kişilərdən heç də geri qalmır və hətta öz sahələrində dünya miqyasında uğurlu olduqları halda nədən drijorların hamısı kişilərdən ibarətdir? Əcaba görəsən, hələ də bir çox orkestrdə əksəriyyəti kişilərdən ibarət olan işçilər, başlarının üstündə qadın drijorun olmasını istəməmələrindənmi irəli gəli?

Sadəcə, bu qədər də deyil. Memarlıq və mühəndislik kimi dizayn tələb edən ağır işlərdə də kişilər öndədir? Hətta qadınların gündəlik həyatlarında ən çox zaman ayırdıqları iş yemək bişirmək olduğu halda, kişilərin yüzdə doxsanı yumurta qırmağı belə bacarmadığı təqdirdə niyə dünyanın ən böyük yemək ustaları, aşbazlar həmişə kişlər olur?

Bütün bu suallara psixoloqların üzərində dayandığı bir açıqlamaları var: Onlara görə işin sirri beynin sağ və sol yarımkürəsindədir. Hər iki yarımkürə fərqli funksiyalara komanda verdiyi zaman cinsiyyətə görə kişilər sağ, qadınlar isə sol yarımkürələrini daha çox istifadə edirlər.
Əslində yeni doğulan uşaqda hər iki yarımkürə də “sağ”dan ibarət olur. 2 yaşına çatmamış bu yarımkürələrdən biri sol olur, yəni nitq mərkəzi ortaya çıxır. Oğlan uşqlarında 6, qız uşaqlarda 13 yaşında beynin asimetresi tamamlanır. İnsanlar yaşlandıqca iki yarımkürə arasında bu vəzifə fərqi yenə azalmağa başlayır. Şübhəsiz, sağ və sol beyin funksiyaları insandan insana da fərqlidir.

Qadınların daha çox istifadə etdikləri beynin sol yarımkürəsində danışma və ünsiyyət mərkəzləri var. Bu səbəblə hər yaş qrupunda aparılan təcrübələr nəticəsində qız uşaqlarının danışmağa tez başlamaları, ətraf mühitə daha yaxşı uyğunlaşdıqları, məktəblərdə, rabitə, sosial və siyasi sahələrdə daha uğurlu olduqları müəyyən olunmuşdur.

Kişilərin daha çox istifadə etdikləri beynin sağ tərəfi isə analiz, sintez, hər hansı bir hadisəyə bütöv baxışı kimi vəzifələri yüklənmişdir. Yəni detalları nəzərə almadan mövzunu yekunlaşdırsaq, belə bir qənaət ortaya çıxır: İlk baxışda bir-birinin eynidir kimi görünsələr də, sol yarımkürədə hiss gücü, sağda isə analiz gücü hakimdir.

Buna görə də sağ beyin funksiyalarının lazım olduğu işlərdə kişilər daha uğurlu olurlar. Şübhəsiz, bu bir ümumi kateqoriyadır. Qadınlar arasında orkestr idarə edən, opera bəstələyən sənətçilər, hətta Mariya Curi kimi iki dəfə Nobel mükafatı qazanaraq tarixə düşən qadınlar da var. Ancaq yenə də bütün bu sahələr hələ də kişilərin hegomonluğu altındadır.

Hazırladı: Fidan Məmmədli

Baxış sayı: 721