Mədəniyyət
10.10.2015 / 19:15

Daşkənddə Azərbaycan filmlərinin təqdimatı keçirilib

Daşkənddə Azərbaycan  filmlərinin təqdimatı keçirilibÖzbəkistan paytaxtı Daşkənddə Azərbaycan multiplikasiya filmlərinin təqdimatı keçirilib.

İnform.az -ın məlumatına görə, təqdimat mərasimində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Respublika Uşaq Kitabxanasının (RUK) nümayəndələri, Daşkəndin orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, azərbaycanlı uşaqlar çox sevilən “Tıq-tıq xanım”, “Meşəyə insan gəlir”, “Qız qalası” və “Kirpi” multiplikasiya filmlərini göstərəcəklər.

RUK-un direktoru Qulnoza Nərimanova belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb.

Nümayiş olunan filmlər uşaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, filmlər Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edilib.

Baxış sayı: 353