Gündəm
10.10.2015 / 13:22

General Sahib Mirzəyev yeni vəzifəyə təyin olunub

General Sahib Mirzəyev yeni vəzifəyə təyin olunubAzərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

İnform.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tutduğu vəzifədən azad edilərək, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev bir müddət əvvəl dünyasını dəyişib.

Baxış sayı: 1046