Mədəniyyət
10.10.2015 / 12:39

Ölkəmizin turizm potensialı Almaniyada

Ölkəmizin turizm potensialı Almaniyada Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti arasında əməkdaşlıq çərçivəsində ölkəmizin turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə Almaniyanın aparıcı KİV nümayəndələri üçün "Azərbaycanda spa və idman turizmi" mövzusunda press-tur keçirilib.Səfər çərçivəsində KİV nümayəndələri paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarına səfər ediblər.
Press-turun nəticəsi olaraq, Almaniyanın www.demipress.me və www.reiseknipse.de saytlarında, həmçinin, bloggerlərin twitter, instagram, facebook kimi sosial şəbəkələrində ölkəmizin turizm potensialına dair məqalələr yerləşdirilib.
Qeyd edək ki, Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə "Aviareps Tourism GmbH" şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 397