Mədəniyyət
10.10.2015 / 10:48

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdiTürk kinosunun məşhur siması Sırrı Elitaş vəfat edib. Aktyor bir müddət əvvəl beyin qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. “Yeşilçam” ulduzu elə müalicə aldığı xəstəxanadaca keçinib. Elitaş günorta namazından sonra torpağa tapşırılıb.

Qeyd edək ki, Sırrı Elitaş 1944-cü ildə Ərzurumda dünyaya gəlib. 60-cı illərdə taksi sürücüsü olarkən rejissorlardan biri tərəfindən təsadüfən görülərək film aləminə gətirilib. O, 600-dən çox filmə çəkilib. Elitaş əsasən mənfi obrazları canlandırıb.

İnform.az

Baxış sayı: 624