Dünya
10.10.2015 / 10:40

Türkmənistan Xəzərdə hərbi parad keçirib

Türkmənistan Xəzərdə hərbi parad keçirib
Qurbanqulu Berdıməhəmmədov ölkəsinin Xəzərdəki Türkmənbaşı limanında döyüş gəmilərinə baxış keçirib.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzərdəki Türkmənbaşı limanında döyüş gəmilərinə baxış keçirib.
İnform.az "Report"a istinadən xəbər verir ki, ötən gün Xəzərdə Türkmənistan Hərbi-Dəniz Donanması Qüvvələrinin şərəfinə hərbi-dəniz paradı keçirilib.
Q.Berdıməhəmmədov Türkmənbaşı şəhərində səyyar toplantı keçirib. O, ölkəsinin tərəfsizliyi və təhlükəsizliyindən danışıb.
Qeyd edək ki, Türkmənistanın Hərbi Dəniz Qüvvələri və Xəzərdə hərbi-dəniz bazası 2009-cu ildə yaradılıb. Ölkədə 2012-ci ildə ilk dəfə Xəzərdə əməliyyat-taktiki döyüş təlimi keçirilib.

Baxış sayı: 453