Gündəm, Mədəniyyət
10.10.2015 / 09:53

Nuriyyə Əhmədova vəfat etdi

Nuriyyə Əhmədova vəfat etdi
Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib.

Bu barədə 1 saylı Şəhər Kliniki Xəstəxanasından (Semaşko) məlumat verilib. Aktrisa ötən gün qəfil halı pisləşərək saat 15.35 radələrində xəstəxanaya yerləşdirilib.

Bu gün səhər saat 04.30 radələrində keçinib.

Xəstəxanadan verilən məlumata görə, N.Əhmədova ürək ağrıları şikayəti ilə xəstəxanaya gətirilib və infarktdan dünyasını dəyişib.

Allah rəhmət eləsin!

İnform.az

Baxış sayı: 630