İdman
09.10.2015 / 22:54

"Neftçi" Müşahidə şurasının iclası keçirilib

"Neftçi" Müşahidə şurasının iclası keçirilib Bu gün "Neftçi" PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Görüşdə şura üzvlərinə bir sıra məsələlərlə bağlı hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib.
" "Neftçi" PFK-nın əsas komandasının nəticələri və hazırki durumu ilə bağlı hesabat verilib və komandanın son oyunlardakı çıxışı müzakirə olunub. Həmçinin klubun əvəzedici komandasının çıxışı, futbol akademiyasının fəaliyyəti ilə bağlı hesabat təqdim olunub və aşağı yaş qrupu komandalarının formalaşması müzakirə olunub", - deyə məlumatda bildirili.

Görüşdə eləcə də, klubun bəzi maliyyə məsələləri müzakirə olunub və gələn həftə yeni titul sponsoru ilə imzalanacaq müqavilə barəsində müzakirələr edilib.

İnform.az

Baxış sayı: 339