Baş xəbər, Müsahibə, Ədəbiyyat
09.10.2015 / 14:23

Yavuz Bülənd Baqilərlə müsahibə

Yavuz Bülənd Baqilərlə müsahibə

2003-cü ildə İstanbulda bir ədəbiyyat konfransı zamanı, dəyərli Türk yazar, şair, ziyalılarıyla bir arada olduğum zaman, fürsəti qaçırmayıb, bir neçəsi ilə söhbət eləmə şansını qaçırmadım. Bu söhbətləri müsahibə halına saldım. İndi ilk dəfə olaraq, o müsahibələri İnform.az-ın dəyərli oxucularına təqdim edirəm:

Yavuz Bülənd 60-cı illərdən sonra türk ədəbiyyatında öz dəsti-xətti olan son dərəcə dönəmin ədəbiyyatına təsir etmiş yazıçılardan biridir. Yavuz bəyi Azərbaycan oxucusu hələ sovet dönəmindən Azərbaycanda çıxan Türkiyə şairlərinin antologiyasından tanıyır. Yavuz bəy şair olması ilə bərabər, bu gün Türkiyədə ədəbiyyatda maarifçilik xəttini davam etdirən çağdaş türk dilinə həssaslıqla yanaşan, son dərəcə öndər isimlərdən birisidir. Yavuz bəylə türk ədəbiyyatı vəqfində görüşüb gerçəkləşdirdiyimiz müsahibəni oxuculara təqdim edirik.

- Yavuz bəy, istərdim ki, bugünkü türk ədəbiyyatının vəziyyətini dəyərləndirəsiniz? Bu günkü türk ədəbiyyatı hansı aşamadadır?

- Bugünkü türk ədəbiyyatının vəziyyətini ortaya qoymaq üçün yaxşı desəm, nəyə görə yaxşı, pis desəm, nəyə görə pis söylərsəm, siz də sual verməyə başlayacaqsınız? Sizin sual vermə haqqınız vardır. Sualınıza cavab vermək üçün bugünkü türk şeiri ilə 80 il əvvəlki cümhuriyyət şeirini müqayisə etmək lazımdır. Bu günün şeiri o dönəmin şeirindən bildiyiniz qədər də zəngin deyildir. Bunun ən böyük səbəblərindən birisi içində olduğumuz bəzi məsələlərin sığıntısından irəli gəlir. Bilirsiniz ki, ədəbiyyatın təməl mayası dildir. Dil olmadan ədəbiyyat yaratmaq mümkün deyil. Dünyanın hər tərəfində olduğu kimi, Türkiyədə də insanlar kəlmələrlə danışdığı üçün, bu gün də bizim kəlmə xəzinəmiz dünənə nisbətən zəiflədiyi üçün bugünkü ədəbiyyatımız dünənkindən zəngin deyildir.

- Bunun təməl səbəblərini söylərmisiniz?

- Məsələn, 1983-cü ildə vəfat edən Nəcib Fazil səviyyəsində bizim şairimiz yoxdur. O, Türkiyənin ən böyük şairlərindən biridir. Eyni vaxtda, Yahya Kamal da, Faruq Nafız böyüklüyündə şairlərimiz də yoxdur. Mənə görə bunun əsas səbəbi dildə yaranmış böhrandır. İnsanlar nə qədər zəngin bir dildə danışıb və fikirləşirlərsə, bir o qədər də zəngin bir ədəbiyyat ortaya qoyarlar. Təəssüf ki, bugünkü türkcəmiz dünənki türkcəmizin gerisində qalıb.

- Bəlkə bunun bir səbəbi də bugünkü türk toplumunun yaşam tərzindən irəli gəlir. Həyata baxışı, dünyanı alıqlaması, düşüncə fəlsəfəsi bəlkə bu sualları doğurur. Bəlkə bu sualların ortadan qalxması üçün türk milləti illərlə yaşadığı torpaqlardan köç etməlidir, yer dəyişdirməlidir.

- Sualınıza səmimiyyətlə cavab vermək istəyirəm. Bir dövlət adamımız keçənlərdə televiziyada çıxışında söylədi ki, dünyada ən çox düşməni olan millət bizim millətimizdir. İçəridə və çöldə bizim millətimizin çox böyük düşmənləri vardır. Bu düşmənlər doğrudan-doğruya üz-üzə vuruşmaq əvəzinə, kimisi ədəbiyyatımızı qarışdıraraq öz əxlaqlarını ortaya qoyar. O baxımdan dünyanın hər tərəfindən olduğu kimi Türkiyədə də pozitivist düşüncə içərisində olan insanlar, yəni müsəlmanlığa qarşı çıxan insanlar, Qurandan gələn kəlmələrə qarşı anlatılmaz dərəcədə düşmənlik yaratmaqdadırlar. Bu dünyanın ən böyük səhvlərindən biridir. Biz türk millətiyik, dilimiz də türkcədir. Ancaq biz fərqli millətlərlə bir arada yaşadıq, dilimizi o millətlərin dillərindən aldığımız kəlmələrlə zənginləşdirdik və o millələrin dilinə öz dilimizdən kəlmələr verdik. Bəzi alimlərimizin söylədiklərinə görə, türkcə 25 ayrı dilə kəlmə vermiş bir dildir. Eyni zamanda, 20 millətin dilindən kəlmələr almışdır. Türkiyədə bir qrup insan ərəbcədən və farscadan dilimizə keçən sözlərə qarşı düşmənçilik edirlər. Hansı ki, millətimiz bu kəlimələri min ildən bəridir danışa-danışa özününküləşdirmişdir. Artıq o kəlmələr bizə məxsusdur. Onları dilimizdən ata bilmərik. O kəlmələri dilimizdən çıxarıb atdığımız zaman çox böyük itkilərlə üzləşə bilərik.

- O zaman dilimizin sistemi pozulmuş olar.

- Tamamilə doğrudur. Bizim bundan əvvəlki Milli Təhsil Nazirliyimiz 3 maddəlik bir rapor hazırladı. Həm türkcə, həm osmanlıca, həm də xarici kəlmələrdən əmələ gələn bir lüğət türk milli təhsilinin təməllərinə ziddir. Dünyada belə bir lüğət yoxdur. Osmanlıcadan dilimizə keçən kəlmələri necə çıxarıb ata bilərik. Dilimizdə minlərcə bu cür kəlimələr var.

- O kəlmələri çıxardığınız zaman, o kəlmələrin ünvanı olan əşyaları da çıxarıb atmalısınız. Məsələn, kompyüter, telefon, televiziya, radio...

- Tamamilə razıyam. Bu baxımdan, ərəbcədən dilimizə keçən kəlimələr, ərəbcədə Quran dili olduğu üçün bizim pozitivist düşüncəli insanlarımız Qurana və peyğəmbərə düşmən kəsildikləri üçün belə bir hərəkətə rəvac veriblər. Mən yunan millətinin millətimizə qarşı düşmənliyinin olduğunu bilən bir insanam. Bunlara qarşı heç bir məhəbbət duymayan insanam. Ancaq bizim dilimizdə 500 ildən bu yana var olan yunanca kəlmələr var. Kilid kəlməsi yunancadır, kiraz kəlməsi yunancadır, anatlar, iskələ, isklet, sınır, efe, əfəndi, fotoraf kəlməsi yunancadır. Ancaq bu kəlmələr o qədər türkcələşiblər ki, bunları dilimizdən ata bilmərik. Biz sevgili peyğəmbərimizdən peyğəmbər əfəndimiz deyə danışırıq. Əfəndi yunanca olsa da, amma peyğəmbər əfəndimiz deyirik. Yunanca heç bir kəlmənin dilimizdən çıxarılması haqqında düşünməyənlər ancaq vatan, məsəla, imkan, şart, hökm kəlməsinin dilimizdən çıxarılması üçün gəbərirlər. Nə üçün? Çünki bu sözlər ərəbcədən gəlir. Biz Yer üzündə 200 milyonluq bir millətik. Bunun ortalama 70 milyonu Türkiyədə yaşayır. Bunun 130 milyonu isə Türkiyənin sərhədlərinin kənarındadır. Məsələ kəlməsi ərəbcədən dilimimzə keçən kəlmədir. Ancaq biz məsəla deyirik, siz məsələn, qırğızlar, qazaxlar, türkmənlər, qaqauzlar da bu kəlməni işlədirlər. Nə üçün indi məsəla kələsini dilimizdən atıb onun yerinə ermənicədən gələn, oynagindən uyğulanan örnəyin kəlməsini işlədək? Biz də, siz də, türkmənlər də həyat deyir. Məncə, bu təxribatı törədənlər Türkiyənin içərisində və çölündə olan düşmənləri yaradır. Bir zamanlar türk dünyası bir əlifba ilə oxuyub yazırdı. Ancaq ruslar bu əlifbanı ortadan qaldırdılar. M.F.Axundovu ruslar Türkiyəyə göndərdilər. Dedilər get, görüş, danış, ərəb əlifbasının yerinə Latın əlifbasını qəbul etsinlər. O bizim elm adamlarına söylədiyi zaman biz də dedik ki, etirazımız yoxdur, Latın əlifbası ərəbdən asan ola bilər, ancaq biz min ildən bəridir bu əlifba ilə yazıb-oxuyuruq. Azərbaycan, tatar, türkmən, qazax, qırğız, özbək türkləri də bu əlifba ilə yazıb-oxuyur. Bu əlifbanı qaldırdığınız zaman böhran yaşanar. Biz Latın əlifbasını işlətsək, bütün irtibatımız kəsiləcək. Biz belə söylədik və qəbul etmədik. Ancaq 1926-cı ildən sonra türk dünyasında əlifba dəyişkənliyi apardılar. Beləcə, əlifba birliyimiz aradan çıxdı. İki il sonra biz Latın əlifbasına keçdiyimizdə ruslar kiril əlifbasına keçdilər. Bunların hamısı türk dünyası arasında mədəni və ədəbi əlaqələrin kəsilməsi, bağların qopmasına gətirib çıxaran böyük dövlətlərin düşmənçilik siyasəti idi. Avropa dünyası öz nəsillərini lider səviyyəsində yetişdirmək üçün 8 illik təhsildən keçirdikləri uşaqlarının kitablarına 71 min kəlmə yazıblar. Bu rəqəm Yaponiyada 44 mindir, İtaliyada 32 mindir, bu rəqəm Atatürkün ifadəsi ilə çağdaş mədəniyyət səviyyəsinə yüksəlmək məcburiyyətində olan Türkiyədə 6-7 min arasında dəyişir. Niyə Avropa ədəbiyyatı bizim ədəbiyyatımızdan daha zəngindir. Çünki insanların zəngin bir dili vardır. Avropa dünyası uşaqlarını 71 min kəlmə ilə oxudur, biz isə 6 min kəlmə ilə oxudur. Bizim də uşaqlarımız bu 6 min kəlmənin yüzdə onu ilə düşünüb danışırılar. Bundan ədəbiyyatımız qüvvətli ola bilərmi? Bu əməllərin arxasında kim var? O siyasətçimizin söylədiyi kimi, Türkiyəmizin iç və çöl düşmənləridirlər. Mən Rusiyada yaşamış olsaydım, rusçu olaydım. Tolstoyun, Çexovun, Dostoyevskinin əsərləri rus xalqı tərəfindən asan şəkildə oxuna bilməzdi. Rus dilində də başqa dillərdən gəlib-gedən kəlmələr var. Fransada olsaydım fransız milliyyətçisi olardım. Çünki fransızcanın içərisində latıncadan gəlmə kəlmələr vardır. Latıncanı aradan çıxardınsa, fransızca çılpaq bir dil olacaq. Türkiyədə də bizim birliyimizi ortadan qaldırmaq üçün öz türkcə deyiləsi bir şey atdılar meydana. Bu öz türkcə məsələsi bizi həm keçmişimizdə, həm də türk dilli toplumlardan qopardı. Bizim söylədiyimizi siz anlaya bilmirsiniz, sizin söylədiyinizi isə Orta Asiya türkləri anlaya bilmir. Beləcə, bir sarsıntı çıxdı ortaya. Demək ki, bugünkü ədəbiyyatımızın dünənki ədəbiyyatımızdan güclü ola bilməməsinin səbəbi bu günkü dilimizin dünənki dilimizdən kasıb olmağına bağlıdır.

- Yavuz bəy, istərdim ki, bugünkü türk ədəbiyyatının vəziyyətini dəyərləndirəsiniz? Bu günkü türk ədəbiyyatı hansı aşamadadır?

- Bugünkü türk ədəbiyyatının vəziyyətini ortaya qoymaq üçün yaxşı desəm, nəyə görə yaxşı, pis desəm, nəyə görə pis söylərsəm, siz də sual verməyə başlayacaqsınız? Sizin sual vermə haqqınız vardır. Sualınıza cavab vermək üçün bugünkü türk şeiri ilə 80 il əvvəlki cümhuriyyət şeirini müqayisə etmək lazımdır. Bu günün şeiri o dönəmin şeirindən bildiyiniz qədər də zəngin deyildir. Bunun ən böyük səbəblərindən birisi içində olduğumuz bəzi məsələlərin sığıntısından irəli gəlir. Bilirsiniz ki, ədəbiyyatın təməl mayası dildir. Dil olmadan ədəbiyyat yaratmaq mümkün deyil. Dünyanın hər tərəfində olduğu kimi, Türkiyədə də insanlar kəlmələrlə danışdığı üçün, bu gün də bizim kəlmə xəzinəmiz dünənə nisbətən zəiflədiyi üçün bugünkü ədəbiyyatımız dünənkindən zəngin deyildir.

- Bunun təməl səbəblərini söylərmisiniz?

- Məsələn, 1983-cü ildə vəfat edən Nəcib Fazil səviyyəsində bizim şairimiz yoxdur. O, Türkiyənin ən böyük şairlərindən biridir. Eyni vaxtda, Yahya Kamal da, Faruq Nafız böyüklüyündə şairlərimiz də yoxdur. Mənə görə bunun əsas səbəbi dildə yaranmış böhrandır. İnsanlar nə qədər zəngin bir dildə danışıb və fikirləşirlərsə, bir o qədər də zəngin bir ədəbiyyat ortaya qoyarlar.
Təəssüf ki, bugünkü türkcəmiz dünənki türkcəmizin gerisində qalıb.

- Bəlkə bunun bir səbəbi də bugünkü türk toplumunun yaşam tərzindən irəli gəlir. Həyata baxışı, dünyanı alıqlaması, düşüncə fəlsəfəsi bəlkə bu sualları doğurur. Bəlkə bu sualların ortadan qalxması üçün türk milləti illərlə yaşadığı torpaqlardan köç etməlidir, yer dəyişdirməlidir.

- Sualınıza səmimiyyətlə cavab vermək istəyirəm. Bir dövlət adamımız keçənlərdə televiziyada çıxışında söylədi ki, dünyada ən çox düşməni olan millət bizim millətimizdir. İçəridə və çöldə bizim millətimizin çox böyük düşmənləri vardır. Bu düşmənlər doğrudan-doğruya üz-üzə vuruşmaq əvəzinə, kimisi ədəbiyyatımızı qarışdıraraq öz əxlaqlarını ortaya qoyar. O baxımdan dünyanın hər tərəfindən olduğu kimi Türkiyədə də pozitivist düşüncə içərisində olan insanlar, yəni müsəlmanlığa qarşı çıxan insanlar, Qurandan gələn kəlmələrə qarşı anlatılmaz dərəcədə düşmənlik yaratmaqdadırlar. Bu dünyanın ən böyük səhvlərindən biridir. Biz türk millətiyik, dilimiz də türkcədir. Ancaq biz fərqli millətlərlə bir arada yaşadıq, dilimizi o millətlərin dillərindən aldığımız kəlmələrlə zənginləşdirdik və o millələrin dilinə öz dilimizdən kəlmələr verdik. Bəzi alimlərimizin söylədiklərinə görə, türkcə 25 ayrı dilə kəlmə vermiş bir dildir. Eyni zamanda, 20 millətin dilindən kəlmələr almışdır. Türkiyədə bir qrup insan ərəbcədən və farscadan dilimizə keçən sözlərə qarşı düşmənçilik edirlər. Hansı ki, millətimiz bu kəlmələri min ildən bəridir danışa-danışa özününküləşdirmişdir. Artıq o kəlmələr bizə məxsusdur. Onları dilimizdən ata bilmərik. O kəlmələri dilimizdən çıxarıb atdığımız zaman çox böyük inkilərlə üzləşə bilərik.

- O zaman dilimizin sistemi pozulmuş olar.

- Tamamilə doğrudur. Bizim bundan əvvəlki Milli Təhsil Nazirliyimiz 3 maddəlik bir rapor hazırladı. Həm türkcə, həm osmanlıca, həm də xarici kəlmələrdən əmələ gələn bir lüğət türk milli təhsilinin təməllərinə ziddir. Dünyada belə bir lüğət yoxdur. Osmanlıcadan dilimizə keçən kəlmələri necə çıxarıb ata bilərik. Dilimizdə minlərcə bu cür kəlmələr var.

- O kəlmələri çıxardığınız zaman, o kəlmələrin ünvanı olan əşyaları da çıxarıb atmalısınız. Məsələn, kompyüter, telefon, televiziya, radio...

- Tamamilə razıyam. Bu baxımdan, ərəbcədən dilimizə keçən kəlmələr, ərəbcədə Quran dili olduğu üçün bizim pozitivist düşüncəli insanlarımız Qurana və peyğəmbərə düşmən kəsildikləri üçün belə bir hərəkətə rəvac veriblər. Mən yunan millətinin millətimizə qarşı düşmənliyinin olduğunu bilən bir insanam. Bunlara qarşı heç bir məhəbbət duymayan insanam. Ancaq bizim dilimizdə 500 ildən bu yana var olan yunanca kəlmələr var. Kilid kəlməsi yunancadır, kiraz kəlməsi yunancadır, anatlar, iskələ, isklet, sınır, efe, əfəndi, fotoraf kəlməsi yunancadır. Ancaq bu kəlmələr o qədər türkcələşiblər ki, bunları dilimizdən ata bilmərik. Biz sevgili peyğəmbərimizdən peyğəmbər əfəndimiz deyə danışırıq. Əfəndi yunanca olsa da, amma peyğəmbər əfəndimiz deyirik. Yunanca heç bir kəlmənin dilimizdən çıxarılması haqqında düşünməyənlər ancaq vatan, məsəla, imkan, şart, hökm kəlməsinin dilimizdən çıxarılması üçün gəbərirlər. Nə üçün? Çünki bu sözlər ərəbcədən gəlir. Biz Yer üzündə 200 milyonluq bir millətik. Bunun ortalama 70 milyonu Türkiyədə yaşayır. Bunun 130 milyonu isə Türkiyənin sərhədlərinin kənarındadır. Məsələ kəlməsi ərəbcədən dilimimzə keçən kəlmədir. Ancaq biz məsəla deyirik, siz məsələn, qırğızlar, qazaxlar, türkmənlər, qaqauzlar da bu kəlməni işlədirlər. Nə üçün indi məsəla kələsini dilimizdən atıb onun yerinə ermənicədən gələn, oynagindən uyğulanan örnəyin kəlməsini işlədək? Biz də, siz də, türkmənlər də həyat deyir. Məncə, bu təxribatı törədənlər Türkiyənin içərisində və çölündə olan düşmənləri yaradır. Bir zamanlar türk dünyası bir əlifba ilə oxuyub yazırdı. Ancaq ruslar bu əlifbanı ortadan qaldırdılar. M.F.Axundovu ruslar Türkiyəyə göndərdilər. Dedilər get, görüş, danış, ərəb əlifbasının yerinə Latın əlifbasını qəbul etsinlər. O bizim elm adamlarına söylədiyi zaman biz də dedik ki, etirazımız yoxdur, Latın əlifbası ərəbdən asan ola bilər, ancaq biz min ildən bəridir bu əlifba ilə yazıb-oxuyuruq. Azərbaycan, tatar, türkmən, qazax, qırğız, özbək türkləri də bu əlifba ilə yazıb-oxuyur. Bu əlifbanı qaldırdığınız zaman böhran yaşanar. Biz Latın əlifbasını işlətsək, bütün irtibatımız kəsiləcək. Biz belə söylədik və qəbul etmədik. Ancaq 1926-cı ildən sonra türk dünyasında əlifba dəyişkənliyi apardılar. Beləcə, əlifba birliyimiz aradan çıxdı. İki il sonra biz Latın əlifbasına keçdiyimizdə ruslar kirill əlifbasına keçdilər. Bunların hamısı türk dünyası arasında mədəni və ədəbi əlaqələrin kəsilməsi, bağların qopmasına gətirib çıxaran böyük dövlətlərin düşmənçilik siyasəti idi. Avropa dünyası öz nəsillərini lider səviyyəsində yetişdirmək üçün 8 illik təhsildən keçirdikləri uşaqlarının kitablarına 71 min kəlmə yazıblar. Bu rəqəm Yaponiyada 44 mindir, İtaliyada 32 mindir, bu rəqəm Atatürkün ifadəsi ilə çağdaş mədəniyyət səviyyəsinə yüksəlmək məcburiyyətində olan Türkiyədə 6-7 min arasında dəyişir. Niyə Avropa ədəbiyyatı bizim ədəbiyyatımızdan daha zəngindir. Çünki insanların zəngin bir dili vardır. Avropa dünyası uşaqlarını 71 min kəlmə ilə oxudur, biz isə 6 min kəlmə ilə oxudur. Bizim də uşaqlarımız bu 6 min kəlmənin yüzdə onu ilə düşünüb danışırılar. Bundan ədəbiyyatımız qüvvətli ola bilərmi? Bu əməllərin arxasında kim var? O siyasətçimizin söylədiyi kimi, Türkiyəmizin iç və çöl düşmənləridirlər. Mən Rusiyada yaşamış olsaydım, rusçu olaydım. Tolstoyun, Çexovun, Dostoyevskinin əsərləri rus xalqı tərəfindən asan şəkildə oxuna bilməzdi. Rus dilində də başqa dillərdən gəlib-gedən kəlmələr var. Fransada olsaydım fransız milliyyətçisi olardım. Çünki fransızcanın içərisində latıncadan gəlmə kəlmələr vardır. Latıncanı aradan çıxardınsa, fransızca çılpaq bir dil olacaq. Türkiyədə də bizim birliyimizi ortadan qaldırmaq üçün öz türkcə deyiləsi bir şey atdılar meydana. Bu öz türkcə məsələsi bizi həm keçmişimizdə, həm də türk dilli toplumlardan qopardı. Bizim söylədiyimizi siz anlaya bilmirsiniz, sizin söylədiyinizi isə Orta Asiya türkləri anlaya bilmir. Beləcə, bir sarsıntı çıxdı ortaya. Demək ki, bugünkü ədəbiyyatımızın dünənki ədəbiyyatımızdan güclü ola bilməməsinin səbəbi bu günkü dilimizin dünənki dilimizdən kasıb olmağına bağlıdır. Əgər bir millətin dili zəifləyirsə, o millətin birlik və bərabərliyini ayaq üstə saxlaya bilməz. Bir fransız yazaranın bu fikrinə yüzdə yüz razıyam: "Millət ədəbiyyatı olan topluluqdur". Ədəbiyyatımızı gücləndirmək üçün bu gün hər türk bölgəsində ziyalılarımız üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

- Bir zamanlar Türk Dil Qurumunun fəaliyyətləri vardı. İndi onların işi hansı aşamadadır?

- Türk Dil Qurumunun türk dili haqqındakı siyasətində böyük irəliləyişlər oldu. Əvvəllər bu qurum tövsiyəçi zehniyyətlə hərəkət edirdi. Bayaq dediyim kimi, min illərdir işlətdiyimiz ərəbcə, farsca kəlmələri türk əsilli olmadığını vurğulayaraq dilimizdən çıxarıb atırdılar. 12 sentyabr 1980-ci il darbəsindən sonra Türk Dil Qurumunda bir dəyişiklik meydana gəldi. Bu gün qurumumuzun hazırlamış olduğu bir lüğət var. Bu lüğətdə 104 min kəlmə yer alır. Diqqətinizə sunmaq istəyirəm, bizim ilk lüğətimizin "Divanül-lüğətüt-türk" kitabıdır. Bu kitabı əvvəldən axıra kimi incələdim. 8-9 minə yaxın kəlməyə rastladım. Bu, 1072-ci ildə çox zəngin bir dillə danışdığımızı göstərir. Biz 800-900 kəlməylə danışdığımızda fransızcada 300-400 kəlmə olub-olmadığını bilim adamları söyləyirlər. Biz Oğuz boyları o illərdə 8-9 min kəlmə ilə danışırlarmış. Bu lüğətdən 800 il sonra yeni bir lüğətimiz hazırlandı. Şəmsəddin Sami bəy 300 minə yaxın kəlməsi olan bir sözlük hazırladı. Daha sonra 80 min kəlməlik bir lüğəti də Türk Dil Qurumu hazırladı. Son çalışmasında isə Türk Dil Qurumunun 104 min kəlməlik lüğət hazırladığını gördük. 7-8 min kəlməlik bir dildən danışmalıyıq, 30 min kəlmədənmi istifadə etməliyik, 80 minlik bir sözlüyəmi sahib olmalıyıq, yoxsa 104 minlik bir dildə yazıb-oxumalıyıq? Bu yerdə Türk Dil Qurumu əvvəlki səhvlərini düzəldərək dilimiz zənginləşdirmək yolunu tutdu. Türk dünyasından bir çox ortaq kəlmələri aldıq, həm də məhəlli olan bir çox kəlmələri işlək hala gətirdik.

- 104 minlik kəlməsi olan bəhs etdiyiniz kitab çap olunubmu?

- Çap olunub.

- İstərdim bir sualımı cavablayasınız. Siz həm də bir şairsiniz. Nəyə görə türk millətinin şeirə tutumlu bir tərəfi vardır. Bu anlayışın içəriyi nədən ibarətdir?

- Bunu çözmək mümkün deyil. Bəlkə də bu millətin yaradılışdan vardır bu qabiliyyəti. Bizim ilk şeirlərimiz dördlük halında sabulardır. Sabular ölən qəhrəmanların şəxsiyyətini öyən, onun ardınca qoşulan öykülərdir. Məsələn, bilirsiniz,
Alp-ər Tunqa öldümü,
Öclək öcün aldımı,
Issız Acun qaldımı
İndi ürək yırtılır.

Ta əski çağlardan millətimizi bu şəkildə axıcı tavırla şeir söyləmə qabiliyyəti vardır. Məncə, bu, millətimizin həssaslığından qaynaqlanır. İtalyanlar heykəltaraşlıqda çox irəli getmişlər. Bir millət var ki, vəzn mövzusunda çox başarılı olublar. Millət var ki, musiqiyə qarşı çox həssasdır. Bizim millətimizin də şeirə qarşı bir marağı var. Bizdə millətin yüzdə səksəni şeirlə maraqlanmasına baxmayaraq, şeir kitabları çox az çap olunur, az satılır.

- "Mən Şərqliyəm" şeiriniz çox məşhurdur. Bu şeiri nə vaxt yazdınız və o zamanlar hansı vəziyyətdə olduğunuzu bilmək istərdim.

- "Mən Şərqliyəm" şeirimi 1955-ci ildə yazmışam. Universitetdə oxuduğum illər idi. Güney Doğu Anadoludan gələn bir çox insanların zehniyyətində bölücülük var idi. Bu adamlar Anadolunu öz yazılarında Türkiyədən kəsib atırdılar. Bunlara qarşı dərin bir əsəb hissi keçirdim. 1950-ci illərdən bu yana Turançı ideyalar içərisində böyüdüm. Bütün dünya türklərinin hürr və azad yaşamasını özümə ideal seçdim. Biz Anadoluya Şərqdən girdik, Qərbdən girmədik. Malazgirtdən gəldik. Günün birisində Anadolunu tərk etmək taleyini yaşayarsaq, yenə də Şərqdən çıxarıq. Şərqdən bir qarış torpağımızı ona, ya buna vermək heç kəsin haqqı deyildir. O şeir həm də bir Turan şeiridir. Biz bu şeirdə Azərbaycandan, ta Çin səddinə qədər bir yol gedəcəyimizi göstəririk.

- Bir şairin mən Şərqliyəm deməsi ilə bir vətəndaşın bu ifadəni işlətməsinin arasında nə fərq var?

- Mənə görə heç bir fərqi yoxdur. Əgər Güney Anadoludan bir kürd gəlib bu məmləkətin cümhur başqanlığına kimi yüksəlirsə, demək, heç bir fərqi yoxdur. Türk əsilli olmalarına baxmayaraq, Türkiyədə kürdçülük hərəkatı yürüdən insanlar var. Kürd olmasına baxmayaraq, vətən torpaqlarını sevən hər bir insana mənimlə birgə başımız üstündə yeri var. Onun mənə qardaşımdan daha çox yaxınlığı var. Ancaq Türkiyədə doğulub 70 göbəyinə qədər türk olan, "Şərqi Anadolunu Türkiyədən ayıralım" deyən, "Bu torpaqları kürdlərə verəlim" deyən birisi mənim üçün düşməndən başqa birisi deyildir. Çünki Güney Anadoluda yaşayaq hər hansı bir kürdün namusu, heysiyyatı türk dövlətindən onun əsgərinin ayaq üstə durmasından asılıdır. Başqa cürəsi isə bir erməni oyunudur. Və tam yəhudi oyunudur. Bu torpaqlar üzərində rusların, ermənilərin, yəhudilərin böyük idealları var. Yəhudi bayraqlarının üzərində iki cizgi vardır. Biri Fırat çayıdır, altdakı xətt də Nil çayını təmsil edir. İkisinin arasında üçbucaq var. Bu da həzrəti Süleymanın möhürüdür. Yəhudilər deyirlər ki, Tövratda yazıldığına görə, Fıratdan Nilə qədər torpaqlar bizə ərmağandır. Əlimizə ilk düşən fürsət də torpaqlarımızı Fıratdan Nilə qədər genişləndirəcəyik. Əgər yəhudi belə bir dava içərisində olarsa, oradakı kürdə harda yaşamaq imkan verəcək. Kürdün 7 sülaləsindən əmdiyi südü burnundan gətirər. Erməni deyir ki, Şərqi və şərqi Anadolu erməni torpağıdır. Bu zeyniyyətdə olan kimsə orada kürdələrə yaşamağa aman verərmi? İtaliyada bir xəritə gördüm, o xəritədə Şərqi Anadolunun üzərinə italyanları erməni torpağı yazmışdılar. Bəzilər elə bilir ki, dövlət qurmaq bardaş qurub oturmaq kimi bir şeydir. Bizim dövlətimizin ayaq üstə durması səbəbilə onların da heysiyyatları, namusları qoruna bilər.

- Amerikanın İrana münasibətini nə cür dəyərləndirirsiniz?

- Hər millətin qanunları öz adət-ənənəsindən hətta iqliminə görə dəyişir. Amerika bu gün edam cəzalarını qaldırmır. Avropa dünyası qaldıra bilir. Biz 30 min insanı öldürən adama yaşamaq imkanı verməməliyik. Onun üçün də Avropa dünyasının bizim içimizdə bir çox ajanlar tapması onları ölümdən qurtarması, sonra o adamı ortaya çıxarması bizim əleyhimizə işləyən hadisələrdir. Mən Avropanın politikasında bir xəyanət olduğuna inanıram.

Xanəmir TELMANOĞLU / İnform.az

Baxış sayı: 1569