Mədəniyyət
09.10.2015 / 14:07

Azərbaycan Dövlət Musiqili Teatrı müsabiqə elan edir

Azərbaycan Dövlət Musiqili Teatrı müsabiqə elan edirAzərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Teatrında yeni teatr siyasətinin formalaşmasını, islahatların aparılmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış Komissiya Azərbaycan Dövlət Musiqili Teatrına işə qəbulla bağlı müsabiqə elan edir. Müsabiqənin şərtləri: - Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər; - Sənədlərin qəbulu 01 dekabr 2015-ci ilə qədər davam edəcək. Tələb olunan sənədlər:

- Şəxsiyyət vəsiqəsinin surəti - Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış); - Əmək kitabçasının surəti; - Tərcümeyi-hal; - Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən); - 2 fotoşəkil (3x4); - Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri.

Əlaqə telefonları: Kadrlar şöbəsi: (012) 493 88 37 (daxili nömrə: 194) Qəbul otağı: (012) 498 13 21 E-mail ünvanı: musiqiliteatr-kadırlar@mail.ru

İnform.az

Baxış sayı: 388