Sosial
09.10.2015 / 12:57

Bakıda beynəlxalq simpozium keçiriləcək

Bakıda beynəlxalq simpozium keçiriləcəkNoyabrın 10-da Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və Türk Onkoloji Dərnəyinin təşkilatçılığı ilə onkoginekologiyaya dair beynəlxalq simpozium keçiriləcək.

İnform.az xəbər verir ki, bu barədə Nazirliyinin Milli Onkologiya Mərkəzi məlumat yayıb.

Simpoziumun açılışında Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin çıxışı nəzərdə tutulub.

Sonra proqram üzrə Azərbaycan və Türkiyə mütəxəssislərinin məruzələri dinləniləcək.

Baxış sayı: 342