Hadisə
09.10.2015 / 11:50

Saxta pul satmaqda təqsirləndirilən şəxs həbs edilib

Saxta pul satmaqda təqsirləndirilən şəxs həbs edilibBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Valeh Babayev və Qadir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi keçrilən prosesdə Q.Kərimov son söz deyib.
O, məhkəmədən sağlamlıq və ailə vəziyyətinin nəzərə alınmasını istəyib.
Daha sonra hakimlər heyəti müşavirə otağına yollanıb.
Müşavirədən qayıdan məhkəmə heyəti hökm oxuyub. Məhkəmənin hökmü ilə V.Babayev 9 il, Q.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Q.Kərimov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin dekabr ayında baş verib. Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində PB-yə gətiriliblər. Q.Kərimovdan 250.000 rubl saxta əskinaz götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən “Standart Bank”a məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinaz verib 3075 manat almaları müəyyən edilib.
V.Babayev və Q.Kərimov Cinayət Məcəlləsinin 204.2-ci maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma; eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

İnform.az

Baxış sayı: 378