Maqazin
09.10.2015 / 11:14

“Yetenek Sizsiniz” yenidən

“Yetenek Sizsiniz” yenidən
Türkiyənin ən çox izlənən yarışma proqramlarından biri olan “Yetenek Sizsiniz” yenidən evlərinizin qonağı olacaq Oktyabrın 17-də TV8 kanalında mövsümə başlayır. Son mövsümdə münsifləri heyətində aparıcı Acun İlicalı, aktrisa Özgü Namal, aktyor Eser Yenenler və müğənni Murad Boz olan yarışmada dəyişiklik edəcəyi gözlənilir. Belə ki, M.Boz yenidən "O Səs Türkiyə"nin münsif kürsüsündə oturmağa başlayıb. Ö.Namal isə keçən il tamaşaçılar tərəfindən o qədər də sevilməmişdi. Hülya Avşarın yenidən "Yetenek Sizsiniz"ə dönəcəyi müzakirə edilsə də, aktrisa "Kösem Sultan"da iştirak etdiyi üçün müqaviləyə görə başqa heç bir yerdə görünə bilməz. Onun TV8-dəki gecə verilişi də bağlanıb.
Qeyd edək ki, tezliklə yarışmanın yeni münsiflər heyəti açıqlanacaq.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 475