Dünya
08.10.2015 / 21:47

Ukrayna Rusiyadan təbii qaz alacaq

Ukrayna Rusiyadan təbii qaz alacaq
İnform.az Xezerxeber-ə istinadən bildirir ki, Ukrayna qış paketi qaz müqaviləsi imzalanmadan da Rusiyadan təbii qaz ala bilər.
Bu barədə Ukraynanın energetika naziri Vladimir Demçuşin məlumat verib.
Qeyd edək ki, sentyabrın sonlarında Rusiya ilə Ukrayna təbii qazın alğı-satqısının bərpa edilməsi ilə bağlı razılığa gəliblər. Razılaşmaya görə Rusiya satdığı qazın qiymətində endirim edəcək və bu il oktyabrın 1-dən satdığı qazın hər min kubmetrinə görə 230 ABŞ dolları alacaq.
Xatırladaq ki, bu il iyulun 1-də Rusiya min kubmetr təbii qaz üçün Ukraynaya 247 dollar təklif etmişdi. Keçənilki qışda olduğu kimi cari ildə də 100 dollarlıq endirim istəyən Ukrayna isə bu təklifi rədd etmişdi.

Baxış sayı: 351