Hadisə
03.07.2015 / 09:24

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Türkiyənin Balıkəsir bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib. İnform.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 01:22-də qeydə alınıb. Zəlzələnin ocağı 6,99 kilometr dərinlikdə olub. Zəlzələ hiss olunduğundan, bəzi sakinlər evlərini qısa müddətə tərk ediblər. Dağıntı və xəsarət alan yoxdur.

Baxış sayı: 407