Mədəniyyət
08.10.2015 / 11:11

"Sevil" operası nümayiş etdiriləcək

"Sevil" operası nümayiş etdiriləcəkOktyabrın 11-də Akademik Opera və Balet Teatrının səhnəsində, görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası yenidən nümayiş etdiriləcək. Operada əsas rolları xalq artisti Azər Zeynalov (Balaş), əməkdar artist Zemfira İsmayılova (Sevil) və Gülnaz İsmayılova ( Dilbər) ifa edəcək.
Opera Əyyub Quliyevin dirijorluğu ilə təqdim ediləcək. Tamaşanın rejissoru, əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.
Xatırladaq ki, "Sevil" operasını bəstəkar Fikrət Əmirov, Cəfər Cabbarlının eyniadlı dramı əsasında 1953-cü ildə yazıb. Operanın libretto müəllifi Tələt Əyyubovdur.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 399