Dünya
08.10.2015 / 06:10

"ABŞ Suriya barədə kəşfiyyat məlumatlarını Rusiya ilə bölüşməyəcək"

"ABŞ Suriya barədə kəşfiyyat məlumatlarını Rusiya ilə bölüşməyəcək"ABŞ Suriya barədə kəşfiyyat məlumatlarını Rusiya ilə bölüşmək niyyətində deyil.

İnform.az -ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin sözçüsü Conb Kirbi bildirib.

“ABŞ və Rusiya Suriyada ortaq şəkildə fəaliyyət göstərmir. Məqsədlər müxtəlif olduqda məlumat mübadiləsindən söhbət gedə bilməz”, deyə C.Kirbi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-a İŞİD-in olduğu yerlər barədə məlumatları Rusiyaya verilməsini təklif etmişdi.

Baxış sayı: 490