Dünya
03.07.2015 / 04:08

Rusiya və İran prezidentləri görüşəcək

 Rusiya və İran prezidentləri görüşəcək

Rusiyanın Ufa şəhərində Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçiriləcək.
İnform.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS təşkilatına üzv ölkələrin gələn həftə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.
“Rusiya və İran prezidentlərinin görüşü həqiqətən gözlənilir. Hazırda görüşə hazırlıq işləri gedir”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Qeyd edək ki, ŞƏT və BRİKS sammitləri Rusiyanın sədrliyi ilə keçiriləcək.

Baxış sayı: 381