Mədəniyyət
15.06.2015 / 12:37

Natiq ritm qrupunun şansı

Natiq ritm qrupunun şansı

Natiq Şirinov: “Sən saydığını say, gör fələk nə sayır”

Azərbaycanın əməkdar artisti Natiq Şirinov İnform.az saytına Bakı 2015" I Avropa Oyunlarının açılış mərasimində iştirak etmə hissinin təsüratlarını bölüşüb: “Mənim və qrupum üçün böyük şans idi. Şükürlər olsun ki, taleyimizdə bunu da yaşamaq varmış. Azərbaycanda ilk belə böyük tədbirdə çıxış etmək həm sevindirici, həm də inanılmaz məhsuliyyət və qürurverici idi. Allah hər kəsə belə xoş anlar yaşatsın. İnanın ki, o tədbirin aurasından hələ çıxmamışam.

Görəcək işləri ilə bağlı açıqlama verən əməkdar artist bunları söylədi: “Arzular tükənməzdir. Planlarımız isə çoxdur. Təki Allah güc versin həyata keçirə bilək. Əvvəlcədən deyirik hərdən elə olur alınmır. El arasında belə bir söz var, “Sən saydığını say, gör fələk nə sayır”. Sabah başımıza nə gələcəyini bilmirik. Yaşıyarıq birlikdə görərik inşallah bütün uğurlarımızı”.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 713