Gündəm, Sosial
07.10.2015 / 15:36

Bakıda 34 nəfər evlənməmişdən qabaq həkimə getdi

Bakıda 34 nəfər evlənməmişdən qabaq həkimə getdiDaha 34 nəfər ailə qurmazdan öncə gələcəkdə rastlaşa biləcəyi dəhşətli fəsaddan qorundu.

Müayinə üçün müraciət edən 52 min nəfərin arasında aşkarlanan bu şəxslərin əksəriyyəti oğlanlardır. Elmi tədqiqat Hematologiya və Transfuzilogiya institutunun direktoru Zöhrə Əlimirzəyevanın ATV Səhərə verdiyi açıqlamaya görə faktla bağlı dərhal QİÇS mərkəzinə məlumat verilib.

QİÇS virusuna yoluxanlar əsasən 1984-90-ci illərdə doğulan şəxslərdir. Onlardan 7 nəfəri qadındır. Virusa yoluxan gənclərin əsasən Rusiyada işlədiyi məlum olub. Respublika QİÇS-lə Mübarizə mərkəzinin şöbə müdiri Afət Nəzərlinin verdiyi məlumata görə QİÇS xəstəliyi aşkarlanan 6 cütlük qeyri-rəsmi nikahda olub. Yoxlanılan gənclərdən 3730 nəfəri isə talsemiyya daşıyıcısı çıxıb. Həmin şəxslərdən yalnız 30 cütlüyün hər ikisində talsemiyya aşkarlanıb. Zöhrə Əlimirzəyeva deyir ki, nikaha daxil olmaq istəyən şəxslərdən yalnız biri xəstəlik daşıyıcısı olarsa bu gələcəkdə doğulacaq körpə üçün təhlükə yaratmır.

Baxış sayı: 441