Gündəm, Sosial
07.10.2015 / 15:33

Güzəştli ipotekanın əhatəsini genişləndirir

Güzəştli ipotekanın əhatəsini genişləndirir
Azərbaycanda hazırda mövcud olan güzəştli (sosial) ipotekaya aid əhali qrupları artırıla bilər. İnform.az-ın verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Qeyd edək ki, Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 2015-ci ilin əvvəlində 632,466 mln. manata, ipoteka kreditlərinin sayı isə 15 829-a çatıb.
Bildirək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 il təşkil edir.
Hazırda 30 bank AİF-in müvəkkil kredit təşkilatları siyahısındadır.
Fond 588 mln. manatlıq aktivlərin mükəmməl idarə edilməsi və "sabit" proqnozlu "BBB-" reytinqi ilə ölkənin kapital bazarının aparıcı maliyyə institutlarından biridir.

Baxış sayı: 330