Sosial
07.10.2015 / 11:13

Əmək qanunvericiliyinin pozulması halları azalıb

Əmək qanunvericiliyinin pozulması halları azalıbAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin sentyabr ayında həyata keçirilən dövlət nəzarəti zamanı müxtəlif müəssisələrdə 1803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Əsasən özəl sektora aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində aşkar olunan həmin hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. İnzibati xətalara yol vermiş işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş məbləğlərdə cərimələr tətbiq olunub. Cərimələrin 35,7 faizi (185419 manat) dövlət büdcəsinə ödənilib.

DƏMX tərəfindən təsirli nəzarət tədbirləri və işəgötürənlər arasında davamlı təbliğat və maarifləndirmə işləri əmək qanunvericiliyinin pozulması hallarının cari ilin 9 ayında da azalması ilə müşahidə olunub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında iş yerlərində aşkar edilən belə hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13202-ə enib. Həmin inzibati xətalara görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 44 faizinin, yəni 1585342 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

İnform.az

Baxış sayı: 399