Maraqlı
07.10.2015 / 10:42

Dünyanın ən bahalı gəlinliyi (video)

Dünyanın ən bahalı gəlinliyiDünyanın ən bahalı və möhtəşəm gəlinliyi hazırlanıb. Lakin bu geyimi daşımaq xanımlardan cəsarət tələb edir. Çünki qiymətli daş-qaşlarla bəzədilən gəlinliyin ağırlığı nə az, nə çox 55 kiloqramdır.

Türkiyənin Bursa şəhərində yaşayan Fatoş Akyıldız adlı modelyerin ərsəyə gətirdiyi və 900 ədəd zümrüd, yaqut və sapfir daşı ilə bəzədilən gəlinliyin hazırlanması aylarla vaxt aparıb. “Qızıl Mələk” adı verilən gəlinliyin parçası isə qızılı rəngli hind parçasıdır. Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində bir şeyxin sifarişi ilə 1 milyon avro dəyərində gəlinlik hazırladığını deyən modelyer gələcəkdə bu cür qiymətli geyimlərinin sayını artıracağını da bildirir.

Gəlinliyi nümayiş etdirən model Yasemin Acarın çəkisi 49 kiloqram olduğu üçün, 55 kiloqramlıq gəlinliyi nümayiş etdirərkən çətinlik çəkdiyini, lakin dünyanın ən bahalı gəlinliyini geyindiyi üçün qürur hissi duyduğunu da bildirib.

İnform.az


Baxış sayı: 664