Gündəm, Dünya
07.10.2015 / 10:07

Türkiyədə 21 terrorçu öldürülüb

Türkiyədə 21 terrorçu öldürülüb
Onlardan 2 min 800 kq partlayıcı maddə müsadirə edilib.
Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PPK-nın 21 silahlısı məhv edilib.
İnform.az "Report"-a istinadən xəbər verir ki, bu haqda Mardin əyalətinin valiliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində 3 terrorçu tutulub.
Terrorçulardan 2 min 800 kq partlayıcı maddə müsadirə edilib.
"Nusaybin rayonunda terrorçuların qazaraq, barrikada kimi istifadə etdıyı 114 xəndək doldurulub. Terrorçular tərəfindən iki dinc sakin öldürülüb, 6-sı yaralanıb. Əməliyyat zamanı bir polis əməkdaşı yüngül xəsarət alıb", - deyə məlumatda bildirilib.

Baxış sayı: 438