Elm-təhsil
07.10.2015 / 07:58

Fransız dili fənni üzrə proqramlar təsdiq edilib

Fransız dili fənni üzrə  proqramlar təsdiq edilibTələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fransız dili fənni üzrə 2016-cı ildə tam orta təhsil üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi aparılıb.

TQDK-dan İnform.az -a bildiriblər ki, müzakirədə iştirak edən müəllimlər və mütəxəssislər fikirlərini söyləyib və təkliflər veriblər. Fransız dili fənni üzrə buraxılış və qəbul imtahanlarının proqramları təkliflər nəzərə alınmaqla təsdiq edilib. Proqramlar 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.

Növbəti seminarda bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.

Baxış sayı: 350