Şərhlər
06.10.2015 / 17:29

Təbiətlə Sivilizasiyanın bəhsi

Təbiətlə Sivilizasiyanın bəhsi
Əlisa NİCAT / İnform.az

Məni “bəsirətli görən Ziya Balıyevə”

TƏBİƏT - Salam!
SİVİLİZASİYA - Eşq olsun!
TƏBİƏT - Niyə?
SİVİLİZASİYA - Çünki anamsan.
TƏBİƏT - Hə, deməli məndən gücsüz olduğunu boynuna alırsan.
SİVİLİZASİYA - Gücsüz və ya aciz olduğuma görə yox sənə hörmət bəslədiyimə görə eşq olsun deyirəm. Mən səndən güclüyəm.
TƏBİƏT - Dollini yaratdığına görə?
SİVİLİZASİYA - Təkcə Dollini yox, Bethoveni də yarada bilərəm.
TƏBİƏT - Körpə Bethoveni onun üçündə hələ gərək doqquz ay gözləyək.
SİVİLİZASİYA - Məgər sən yetgin Bethoveni bir gündə yaratmısan? Yox otuz il gözləməliyik
TƏBİƏT- Bu barədə hələ danışarıq. Sən hələ mənimçin bir dənə lalə gülü yarat.
SİVİLİZASİYA - Budur ustalarımın ipəkdən yaratdıqları lalələr.
TƏBİƏT - Gözəldir, sözüm yoxdur amma əyil yaxından bax, əlinlə ləçəyinə toxun, gör hansı daha gözəl daha zərifdir?
SİVİLİZASİYA - Əvəzində səninki beş günlük, mənimki isə min illikdir.
TƏBİƏT - Belə incəliyə və gözəlliyə min illik bir ömür vermək mənasız olar əvəzində mənim beş min il yaşayan Baobabım var.
SİVİLİZASİYA - Əlbəttə Baobab da özünə məxsus gözəldir amma
TƏBİƏT - Amması yoxdur. İndi də gələk Bethovenə. Qoy mən sənin bu körpə Bethovenini bir saata yetkin edim.
SİVİLİZASİYA - Et!
TƏBİƏT - Hə, al, bu da sənin yetkin Bethovenin. Salam mayestro!
BETHOVEN - Eşq olsun ustada.
TƏBİƏT - Buyur Lüdvik, yeni bir Appasionata yarat!
(Bethoven royal arxasına keçib nə qədər əlləşirsə Apbasionata qüdrətində musiqi yarada bilmir).
SİVİLİZASİYA - (təəccüblə)- Lüdvik sənə nə olub?
BETHOVEN - Ustad o əhvalıruhiyyəm yoxdur ona görə alınmır. Yoxsulluq, ehtiyac, sevdiyim qızın mehribancasına rədd cavabı.
TƏBİƏT - Hə, aydındır. Cənab Sivilizasiya bəs nə oldu?
SİVİLİZASİYA- (pərt halda) - hə, bu yerdə mən təslim. Ancaq sən üzür istəyirəm, yaramazlıq edib məqsədinə çatırsan.
TƏBİƏT- (Gülür)- Məgər sizlər demirsiz məqsədə çatmaq üçün bütün vasitələr yaxşıdır?
SİVİLİZASİYA - Bəli! amma mən bəşəriyyətə firavanlıq verdim.
TƏBİƏT - Sənmi? Bethovenləri, Şubertləri, ehtiyacla məhv edib yaramazları firavan edən sənsən ya mən?
SİVİLİZASİYA - Əlbətdə sən! Sən onları məğrur, əyilməz, ədalətpərəst etməsəydin, Höte kimi güclüyə, krallara baş əydirməsəydin Bethovenlər firavan yaşamazdılarmı?
TƏBİƏT - Onda sənin yaratdığın mühit bilirsənmi nəyə oxşayardı? Kanalizasiyaya. Bethovenləri başqa cür beşinci sinfoniya yaratmağa məcbur etmək mümkün deyil.
SİVİLİZASİYA - Niyə? Varlı və firavan Rafaelin gözəl tabloları bəs necə yaranıb? Eləcə də Hamlet.
TƏBİƏT - Yox, firavanlıqda əl möcüzə yarada bilər, zəka və ilham isə, yox. "Qəsr" romanını yalnız bədbəxt kafka yarada bilər. Eləcə də Nitşe öz Şedevrlərini. Ümumiyyətlə bu barədə mübahisə etməyək məsələ qəlizdir.
SİVİLİZASİYA - (gülür)- Hətda sənin üçün də?
TƏBİƏT - Bəli hətda mənim üçün də mümkün olmayan şeylər var. Etiraf edim ki, bəzən özüm də nə etdiyimiz, nə yaratdığımı bilmirəm. Bir dılğırı yüz il yaşadıb bir körpəni beş yaşında öldürürəm.
SİVİLİZASİYA - Aha! Səhvini boynuna aldın.
TƏBİƏT -(kinayə ilə gülür) - Səhvlərim doludur nədənsə insanlara əzab vermək xoşuma gəlir amma niyə bilmirəm. Bilirsənmi, ilk homosapiensi yaradanda sənin yaranacağın üçün qayda- qanunlar tərtib etməyi unutmuşam. İnsanların daxilinə nəzər salmamışam. Bu daxil isə öz başına inkişaf edib kanalizasiyaya çevrilib. Gərək on milyon il qabaq bu günün insanları üçün qayda-qanun yaradaydım. Unutmuşam. İndi isə artıq gecdir.
SİVİLİZASİYA - Ruhdan düşmə hər şeyi məhv edib təzədən yaradarsan.
TƏBİƏT - Yox, bu mümkün deyil.
SİVİLİZASİYA - Niyə?
TƏBİƏT - Çünki hər şey məhv olandan sonra məndə olmayacağam . Dayan ayrılanda sənə bir sirr açım.
SİVİLİZASİYA - Buyurun.
TƏBİƏT - Bu Bethoven, bu Kafka, Bu Platon, bu Aristotellər mənim "fermam" da meydana gəlmirlər. Onlar burada mənim aləmimdə, mənim məskənimdə meydana gəlməzdən əvvəl hardasa, hansı şəkildəsə "ferma" ya girib dünyaya gəlirlər. Mən "hasar" ı nə qədər bərkitsəm də, tutsam da qabağını ala bilmirəm. Onlar mənim "fermam" da əmələ gəlib yaşayanlar üçün yabancıdırlar. Ona görə heç kim hətda mən də onları sevib qayğılarlna qalmırıq.

Baxış sayı: 870