Şərhlər
06.10.2015 / 16:53

Avropadakı Allahın ölməyinin bir sirri

Avropadakı Allahın ölməyinin bir sirri
Xanəmir TELMANOĞLU / İnform.az


Ey dili qafil fil faili məchul fani f...

Azərbaycan dövlətinin orta əsrlərdə var olması mənə sonsuz həzz verir. İlk dəfə Azərbaycan adının yanında imperiya sözünü işlətmək mümkün olası bir dönəm, bu yaşam, bu düşüncə mənə olduqca həyəcan gətirir. Sonsuz həyəcan. Bu konuda olduqca vəhşiləşmiş bir mədəni duyğulara sahibəm. O duyğulardan bəs etmək mənə onur verir. Ömrümün sonuna kimi bu onurdan danışdıqca danışmaq istərdim. Məhz bu dönəmdə Azərbaycanın bütün mənəvi, maddi varidatı, neftdən şeirinə, dastandan xalçasına, dağından dənizinə kimi mədəniyyətə, qızıl dönəminə çevrildiyi bir ərəfədəir. Qiyamətə qədər ən unudulmaz bir əsərə: dövlət və imperiyaya mənsubluğumuzun verdiyi romantiklik məni ötənlərə götürür. Məni qanadlandırıb meta-dağlara, meta- dənizlərə, meta-xalça və dastanlara və özəlliklə düşüncə kişilərinə, genefonduna aparır.
***
Bizlər artıq elə bir dönəmə gəlib çatdıq ki, öncə yaratdıqlarımızı sadəcə olaraq ehtiyac hiss etdiyimizdən dolayı yaradır, yazır, çəkir, toxuyur, qururduq. İndi isə artıq yaratdıqlarımızı yaratır, qurur, tikir, yazır, bəstəliyir, toxuyur, yazırıq, üstəlik də, yaratdıqlarımızın nəyə yarayacağına, nəyə dönüşəcəyinə bir çaba göstərir, bunun haqqında düşünmə imkanlarımızı da işə salırıq. Məsələn, bu günə qədər şeir yazmaq bir ehtiyac. Sonra şeir yazmağın bir insanlıq, kamillik halı, daha sonra bu olayın zaman və məkan qapsamında bir mədəniyyət hadisəsinə dönüşəscəyinə ruhsal, şüursal və individual olaraq qərar verilir. Bu gündən etibarən artıq bir zaman - məkan içində, cəmiyyət, tarix müstəvisində mədəniyyət faktorunun bizim yelkənimizi haralara açacağını düşünməyimiz bir çox sorulara cavab tələb edir. İnsanın deyil, artıq insanlığın qarşısında mədəniyyət öz suallarıyla gəlir, dikilir. İnsanlıq mədəniyyət qarşısındakı məsuliyyətini indi, mədəniyyətin insanlıq qarşısında hansı faktor və gedişatlarla işə saldığının fərqinə vardığında, qarşıda bir qiyamətdən, ən son bir meta-inqilabın qaçınılmazlığından danışa bilərik. Çünki bu zehniyyət və izlər bir suallarla, əfsanə və miflərlə, dini ehkamlarla insanlığın şüurunda dərin yaralar açdığı düşüncəsindəyəm və sadaladığım elementlər bu istiqamətdə “öz funksiyalarından” qaça biməzlər.
“Allah öldü” tezisi- əslində vaxtı bilməyin və yaddaşa dönüşün yeni şifrəsiydi Avropaya. Ancaq bizlər yaddaşı unudub - tarixi unudub, zamanı, vaxtı unudub, ayaq üstə durmaq üçün Allahı öldürmədik. Allahı baba kimi, mələkləri qadın kimi görməyə başladıq. Çünki bizim keçmişə, tarixə, yaddaşa ehtiyacımız gələcək sarıdan var idi. Bizdə Allah heç vaxtı “Allah baba” olsa da, “ Allah nənə” olmadı. Allah ana da olmadı. Anamın izini torpaqda bulduq. Əslində baba anlayışı Allahın bizdə qocaldığından deyil, daha çox təcrübə sahibi olduğundan xəbər verirdi. Avropa Allahı nə qədər öldürsə də, yenə də onu ata kimi görürdü. Allah xristian kultunda ata idi. Allah öldü yox, ata öldü Avropada. Artıq avropalı genetik kodlarını itirməyə doğru gedir və bu ehkama uymaq fəlsəfəsinin tarixi psixologiyasının ağırlığını yaşama zorundaydı. Atası ölən xristian bicliyini, bicbalalığını ortaya qoyurdu. Bu zamanlarda bu qütbdə Allah atalıqdan çıxıb babalığa doğru- müdrikliyə və təcrübə sahibi bir missiyayla Şərqə-türkə, bizə enişini gerçəkləşdirməyindəydi. Allah öldükcə Avropada, Şərqdə imperiya – osmanlı çökməyə doğru gedirdi. İmperiya tarixi, keçmişi babaya, Allahın bir sifəti olaraq baba şifrəsiylə üzərimizə qayıdırdı. Çünki ana, nənə, baba kimliyini heç vaxt inancımızda Allah sınaqdan çıxarmadı.

Baxış sayı: 540