Gündəm, Şərhlər
02.07.2015 / 17:44

Bizi qoruyanların günü

Bizi qoruyanların günü

Ceyhun CİNGİZOĞLU / İnform.az



1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Azərbaycanın ilk Daxili İşlər Naziri isə Fətəli Xan Xoyski olub. Ümumilli lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.
Ümumiyyətləisə “polis” sözü ilk dəfə qədim Yunanıstanda işlədilib. Bu sözün mənası isə “şəhər-dövlət” deməkdir. Belə ki, o zamanlar Yunanıstanda hər bir şəhər müstəqil dövlət idi. Bu polislərin də özünəməxsus siyasi-iqtisadi və sosial qurulşu var idi. Polislər torpaq sahibləri, müxtəlif sənət və peşə sahiblərinin ittifaqından yaranmışdı.
Bizi qoruyanların günü
Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas hissəyə - demokratlara, aritokratlara və oliqarxlara ayrıldılar. Qədim Yunanıstan, heç bir zaman birləşrək mərkəzləşmiş dövlətə çevrilə bilmədi. Belə ki, əvvəl makedoniyalı İsgəndər, daha sonra isə romalılar bu şəhər-dövlələrin – polislərin varlığlna son qoydular. Lakin, polislərin yaratmış olduğu möhtəşəm sivilizasiya əbədi olaraq yaşadı və dünya taixinə keçdi. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi “polis” termini də tarixdə qaldı.
Belə ki, uzun illər sonra dövlətin ictimai əsayişə nəzarət edən hərbiləşdirilmiş qurumu Avropa ölkələri və ABŞ-da polis adlandırıldı. Bu cür birliklər sonradan daha mütəşəkkil xarakter aldı və dünyanın əksər ölkələrində tətbiq edilməyə başlandı. Sovet dönəmində bu birliklər Azərbaycan da daxil olmaqla, bütün SSRİ Respublikalarında “milis” adlandırıldı ki, bu da latınca “militia” sözündən olub, mənası ordu deməkdir. Azərbaycan yenidən müstəqillik əldə etdikən onra isə bu qurum əvvəlki kimi polis adlandırılmağa başlandı.
Hazırda Azərbaycan polisinə cəmiyyətdə münasibət fərqlidir. Belə ki, bəzilərimiz bu qurumun əməkdaşlarının fəaliyyətindən narazıdır. Bunun üçün də hərənin öz səbəbi var. Belə ki, əksər azərbaycanlıların şürunda polis, insanları həbs edən və ya dəyənəklə döyən bir məmur kimi canlanır. Ancaq, məsələyə bu cür yanaşma kökündən səhvdir. Niyə? Ona görə ki, cinayətkar həbs edilməlidir, əsayişi pozanlar, insanların yaşamlarına mane olanlar da mütləq dəyənəklə döyülməidir. Ona görə də məsələyə əks tərəfdən baxılmalıdır. Belə ki, polisi, cəmiyyətdə həbs edən və ya dəyənəklə vuran kimi yox, bizi qoruyan və əsayişimizi təmin edən şəxs kimi tanınmalıdır. Sizi inandırıq ki, əgər polis əməkdaşları olması insanlar cəmiyyətdəbr birinin ətini yeyər.

Bizi qoruyanların günü

Təbi ki,bütün strukturlarda olduğu kimi, polis əməkdaşarı arasında da özünü bilməzlər var və bu daim olacaqdır. Demokratiyanın mərkəzi hesab edilən ABŞ-da hər il onlarla insan polis səhvi ucbatından qətlə yetirilir. Özü də bu qətlləri məhz polis özü edir. Son illər isə bu ABŞ-da adi hala çevrilib. ABŞ demokratiyası deyib car çəkənlər bunları niyə demir? Bir də ki, ABŞ-ın İraq, Əfqanıstan və Suriyaya apardığı “demokratiya” göz qabağındadır.
Polis rütbəsinə arxayın olub, insanlarımızı haqsız yerə incidən, şikayətlərə obyektiv yanaşmayan, hətta bəzən də qanunarı pozan polis əməkdaşları da olur. Ancaq kütləvi halda bütün polis əməkdaşları belədir demək məncə ağıldan kəmlikdir. Belə hallar olsa da, hər il Daxili İşlər Nazirinin göstərişi ilə bununla bağlı xüsusi tədbirlər görülür. Belə ki, vəzifəsindən sui-istifadə edən polis əməkdaşları ya işdən çıxarılır, ya da rütbələri aşağı salınır. Bəlkə yalandı?

Bizi qoruyanların günü

Yazımızı bu kimi faktlara həsr etmək fikrində deyilik. Sadəcə düşündük ki, yaxşını deyəndə, gərək pisi də deyəsən, ya da əksinə...
Bu gün müstəqil Azərbaycanın polisinin günüdür. Hər bir halları ilə onlar bizimdir. Əsas olan da budur. Birinin qardaşı, birinin atası, birinin həyat yoldaşı, birinin ümid yeri, birini həbs edən, birini qoruyan... Onlar hər bizim polisimizdir... BİZİM POLİSİMİZ, SİZİN GÜNÜNÜZ MÜBARƏK OLSUN! TANRI DAHA QÜDRƏTLİ AZƏRBAYCANI QORUMAĞI NƏSİB ETSİN...

Baxış sayı: 776