Mədəniyyət
02.07.2015 / 17:41

Əməkdar artist mükafatlandırıldı

Əməkdar artist mükafatlandırıldı

Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Rahib Əliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Nazirlikdən İnform.az-a bildirilib ki, teatrın səhnəsində 70-dən artıq müxtəlif səpkili obraz yaradan aktyor tamaşaçı rəğbəti qazanıb. R.Əliyev qırx ildən artıq dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlarla, mükafatlarla təltif olunub.

O, teatr sənətimizin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə respublikanın əməkdar artisti fəxri adına, 2014-cü ildə isə Prezident mükafatına layiq görülüb.

Baxış sayı: 429