Şərhlər
06.10.2015 / 14:24

Kahinlər Kahini Türk Məzdək Təbrizli - I yazı

Kahinlər Kahini Türk Məzdək Təbrizli -
Aydın MƏDƏTOĞLU / İnform.az


Türk dövləti Midiya dövründə Türk Maqlar Azərdüşt Peyğəmbərin varisləri sayılmışlar. Pars Əhmənilərin dövründə Midyanın əsas hakim təbəqəsi olan bu türk maqlar siyasi hakimiyyətin əllərindən çıxdığını görüb bu siyasi hakimiyyətə bərabər olan dini -mənəvi hakimiyyəti əlində saxlamağa çalışmış və Əhmənilərin hakimiyyəti dövründə buna nail də olmuşlar. Lakin zaman keçdikcə Pars Əhməniləri geclənərək Türk Maqları pars kahinləri ilə əvəzləmiş, hətda türk maqlarını ölkədən didərgin salmışlar.
Bu proses eramızın 226-cı ilində pars Sasinilərin Türk Arşaki sülaləsinin hakimiyyətinə son qoyduğu dönəmdə də təkrar olunmuşdur.
Belə ki, Pars vilayətinin Sasani nəslindən olan Arşaki canişini Ərdəşir Papakan (227-239) Arşaki hökümdarı V Artabanı hakimiyyətdən devirərək taxt-tacı ələ keçirmiş və 227-ci ildə özünü "Şahənşah" elan etmişdir. Dünyəvi hakimiyyətin əldən çıxdığını görən Arşaki Türk düşünürü və peyğəmbəri Mani Həmədanlı (216-276) və öz dinini Sasani hökmdarı I Şapura və onun oğlu I Hörmüzə qəbul etdirmiş və bununla da Sasani Pars hakimiyyətinə şərik çıxmışdır. Lakin onların varisləri olan I Bəhram və xüsusilə II Bəhram hakimiyyəti maniçilərlə bölüşmədiyini bildirərək 276-cı ildə Mani Peyğəmbərə ağır işgəncələr verərək edam etdirmişdir. Mani Peyğəmbəri qətlə yetirdikdən sonra ali ruhani hakimiyyəti də ələ keçirən pars Sasanilər 200 il hər iki hakimiyyəti əllərində saxlamışlar. Lakin bu 200 il ərzində gizli şəkildə parsizmə qarşı mübarizəsini davam etdirmiş və V yüzilliyin sonunda çox böyük güclə baş qaldıran Məzdəkilər xalq hərəkatının əsas ideya mənbəyinə çevrilmişdir.
Bəşəriyyətin ictimai-siyasi və dini-fəlsəfi fikir tarixində müstəsna rolu olan Bamdad oğlu Məzdəki (450-529) tədqiqatçıların əksəriyyəti Azərbaycan türkü və hətta Təbrizli hesab etmiş, onun fəaliyyətinin məhz Azərbaycanda başladığını və davam etdiyini mübahisəsiz olaraq qəbul etmişlər.
Mani Həmədanlı kimi Məzdək Bamdad oğlu Təbrizli (450-529) Sasani hakimiyyətinə şərik çıxmağı bacarmışdır. Belə ki, pars əyan və kahinləri 488-ci ildə Balaşı hakimiyyətdən devirərək Piruzun oğlu Qubadı şah elan etmişlər. Hələ şah olmadan çox əvvəl Məzdəklə yaxından tanış olan I Qubad ictimai, iqdisadi, siyasi və mili cəhətdən Sasani imperatorluğu xalqlarının ağır vəziyyətini nəzərə alaraq onları bu duruma salan pars əyan və kahinlərinə qarşı mübarizə aparmaq üçün Məzdəkini bu ictimai xəstəliyin dərmanı hesab etmişdir. Artıq bu dövrdə Məzdəkilər hərəkatı bütün Sasani imperatorluğuna daxil olan əraziləri bürüyüb böyük qələbələr qazandığından Sasani hökmdarı I Qubad da Məzdəkilərin tərəfinə keçmiş, onun “muğ alta” lığını qəbul etmiş, Məzdəki “mobedan-mobed” yəni “kahinlər kahini “ elan etmiş, öz şah taxtının yanına bir taxt da qoyaraq Məzdəki burada oturtmuşdur. İmperiyada kahinlər kahini rütbəsi şahdan sonra ən yüksək rütbə sayılmışdı. Beləliklə Mani kimi Məzdək də Sasani imperiyasının şəriki olmuşdur.
Məzdəkin yaşadığı dövrdə iri torpaqların feodalların və kahinlərin əlində cəmləşməsi dövlət xəzinəsini boşaltmış, imperatorluq daxilində ictimai hərəkatın güclənməsinə şərait yaratmışdır. Bu vəziyyətdən və imperatorluqdakı şərikli hakimiyyətdən istifadə edən Məzdək əzilən təbəqə və xalqları fars əyanlarının zülmlərindən xilas etmək üçün ilk zərbəni vurmuşdur. Məzdəkin əmri ilə Məzdəkilər pars hakimləri tərəfindən əyyaş yuvasına çevrilmiş məbədlərə hücum edərək onların əmlaklarını müsadirə edərək xalq arasında bölüşdürmüşdülər. Məzdəkilər iri torpaq sahibləri olan Sasani feodallarına da hücum edərək onların əmlakını əllərindən alıb xalqa paylamışdılar. Ona görədə pars kahinləri və əyanları açıq-aşkar Məzdəki müdadiə edən I Qubadı 496-cı ildə taxtdan salıb, onun yerinə qardaşı Camasbı taxta çıxarmışdılar.
Şah I Qubad bacısı və sərkərdə Siyavuşun köməyi ilə zindandan qaçmış, Orta Asiyada hakim olan Ağ Hun Türklərinə sığınmış, iki il orada qaldıqdan sonra Ağ Hun Türkləri Sasani ordularını darmadağın etmiş və yenidən I Qubadı taxta çıxarmışdır. I Qubad Məzdəklə daha yaxından əlaqə yaratmış, bundan istifadə edən Məzdək öz yaxın adamlarını dövlət vəzifələrinə təyin etmiş və bu şərikli hakimiyyət 30 il davam etmişdir. Bütün bunları qəbul etməyən par kahinləri və əyanları Məzdəkilərin ən böyük düşməni olan I Qubadın oğlu Xosrovu öz tərəflərinə çəkmiş və birlikdə qocalmış I Qubadı Məzdəkdən uzaqlaşdırmışdır. Bu məqsədlə onlar hiylə işlədərək Məzdək və Məzdəkilərlə pars kahinləri arasında bir dialoq təşkil etmiş Məzdəki və onun ən yaxın adamlarını bu dialoqa dəvət etmişdilər. Şah Qubad və oğlu Xosrovun hüzurunda keçirilən bu dialoqda Məzdəkilər kafir elan edilmiş və dialoqda işdirak edən məzdəkilər öldürülmüşdür.
Məzdək isə həbs edilərək 529-cu ildə edam edilmişdir. Ruhu şad olsun!


Baxış sayı: 891