Hərbi
06.10.2015 / 14:20

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təltif olunub

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təltif olunub Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı qəbul edib.

Z.Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisinə iki ölkə arasında hərbi iş birliyinin inkişaf etməsindəki xidmətlərinə görə, "Hərbi əməkdaşlıq ali xidmət medalı"nı təqdim edib.
"Bu medalı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nişanəsi olaraq, daima qəlbimin üzərində daşıyacağam", - deyə Hulusi Akar bildirib.
H.Akar Azərbaycan Silahlı Qüvvələrinə uğurlarının davam etməsini arzulayıb.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığa dair məsələləri müzakirə edib.

İnform.az

Baxış sayı: 439