Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılır

Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti) qurumun səlahiyyətləri sırasına 12-ci və 13-cü abzaslar əlavə edilir.
Qanunun 12-ci abzasa görə, qurum eyni zamanda “nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar aparır.
Qanunun edilən 13-cü abzasa görə qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisasların artırılması üçün tədbirlər görür, ixtisas artırma kurslarını təşkil edir.
Qeyd edək ki, dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.
İnform.az
Baxış sayı: 452

Digər xəbərlər:

Ombudsmanın səlahiyyətləri artırılıb
06 oktyabr / 12:39
Prezidentin etirazına səbəb olan qanun müzakirə edilib
30 sentyabr / 13:14
Dərmanlara və dini materillara nəzarət markası
30 iyul / 10:36
Dərman firmalarının ödəyəcəyi məbləğ müəyyən edilib
11 iyul / 05:13
Dərman firmaları haqq ödəyəcək
09 iyul / 09:53
Dini radikalizmlə bağlı tədbir
02 iyul / 01:05