Sosial
15.06.2015 / 12:30

Qarabağ əlilləri üçün 54 mənzilli yaşayış evi

Qarabağ əlilləri üçün 54 mənzilli yaşayış evi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi ölkəmizin ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olan vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, mənzillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov iştirak edib.

Nazir tədbir iştirakçılarını 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü münasibəti ilə təbrik edib, müharibə əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təminatında da mühüm addımların atıldığını vurğulayıb:

“Hazırda müharibə əlilləri və şəhid ailələri üçün Bakıda 12 mərtəbəli 96 mənzilli, İmişli və Beyləqanda hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxıda 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, eyni zamanda, respublikanın bölgələrində 379 ədəd fərdi ev inşa olunur. Bundan əlavə Bakıda 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınıb, onlarda təmir işləri aparılır və bu il təhvil veriləcək”.

Baxış sayı: 612