Baş xəbər, Hərbi
05.10.2015 / 17:47

Naxçıvanda komanda-qərargah təlimləri başlayıb

Naxçıvanda komanda-qərargah təlimləri başlayıb Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun komanda-qərargah təlimləri başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təlimlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən keçirilir.
Sentyabrın 6-dan 13-dək keçirilən komanda qərargah hərbi oyunlarında icra edilən əməliyyat tapşırıqlarının davamı kimi nəzərdə tutulan bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfindən idarə olunması bacarıqları yoxlanılacaq.

Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur.
Komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcək.

İnform.az

Baxış sayı: 444