İdman
15.06.2015 / 12:04

Xanım güləşçimiz Avropa Oyunlarının finalında

Xanım güləşçimiz Avropa Oyunlarının finalında

Bakı-2015 I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulub. İnform.az-ın verdiyi məlumata görə, xanım idmançılar bu gün 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq.

48 kq çəki dərəcəsində Azərbaycanı yığmamızın lideri Mariya Stadnik təmsil edir. Təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta dos Santosla güləşib.

İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükavatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib. Güləşçimiz yarımfinalda polşalı İvona Matkovska ilə qarşılaşıb və rəqibinə 8:2 hesabı ilə qalib gələrək finala çıxıb.

Baxış sayı: 598