İqtisadiyyat
05.10.2015 / 17:11

Hökumətlər Bakı-Supsa kəməri ilə bağlı razılığa gəlməlidir

Hökumətlər Bakı-Supsa kəməri ilə bağlı razılığa gəlməlidir"Hazırda Bakı-Supsa neft kəmərinin fəaliyyətinə heç bir maneə yoxdur".

Bunu "SOCAR Georgia" (SOCAR-ın törəmə şirkəti) şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

Baş direktorun sözlərinə görə, SOCAR bu məsələni olduqca diqqətlə izləyir: "Kəmər ətrafında baş verənlər bizi də narahat edir. Biz coğrafi parametrlərin dəyişməsini izləyirik. Ümid edirik ki, Gürcüstan hökuməti ilə Rusiya hökuməti bu məsələdə dil tapacaq və razılığa gələcək".

Xatırladaq ki, bir müddət öncə Rusiya sərhədçiləri tərəfindən Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükənin yarandığı barədə xəbərlər yayılıb.

Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bunu şərh edərkən bildirib ki, neft kəmərinə təhlükə yaranarsa "biz alternativ layihəmizi həyata keçirəcəyik".
Çünki bu sahəyə rus hərbçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var. Gürcüstan hökumətinə "osetinlərlə dil tapmağı təklif edirlər". Onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Bu isə Gürcüstan üçün qəbul edilməzdir", - deyə K. Kaladze bildirib.

K. Kaladzenin təklif etdiyi alternativ layihə barədə danışan M. Məmmədov bildirib ki, bu layihəyə yalnız ən son variant kimi baxmaq olar. "Söhbət ekstremal situasiyadan gedir. Yəqin ki, bunu da müzakirə etməyə ehtiyac var".

İnform.az

Baxış sayı: 340