Dünya
05.10.2015 / 15:05

İŞİD-ın rabitə mərkəzi məhv edilib

İŞİD-ın rabitə mərkəzi məhv edilib Rusiya Hərbi Hava Qüvvələrinin Su-24 qırıcı təyyarələri İŞİD-ın Suriyanın Homs əyalətindəki komanda məntəqəsinə zərbə endiriblər. Nəticədə terrorçu qruplaşmanının rabitə mərkəzi məhv edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İroq Konaşenkov bildirib.

İ. Konaşenkov dəqiq aviazərbələr nəticəsində rabitə mərkəzinin yerləşdiyi obyektin məhv edildiyini söyləyib: "Radiokəşfiyyat məlumatları rabitə mərkəzinin işini dayandırdığını təsdiqləyir. Homs əyalətinin Tell-Bisa yaşayış məntəqəsində terrorçuların istifadə etdiyi üç obyektə zərbə endirilib, iki silah anbarı məhv edilib. Anbarlara endirilən aviazərbələr nəticəsində silah-sursat alışıb və yanğın baş verib".

Rusiya MN nümayəndəsi həmçinin Su-25 təyyarələrinin aviazərbələri nəticəsində İdlib əyalətinin Cabel-Koba rayonu ərazisində yerləşən hərbi bazanın, üç ədəd artilleriya qurğusunun və döyüş sursatı olan anbarın məhv edildiyini bildirib: “İdlibdəki meşədə 30 avtomobil və zirehli texnika, T-55 tankının olduğu bazaya altı aviazərbə endirilib. Nəticədə bütün texnika tamamilə məhv edilib”.

İnform.az

Baxış sayı: 229