Baş xəbər, Dünya
05.10.2015 / 14:08

Ermənistan parlamentinin binası qarşısnıda etiraz aksiyası

Ermənistan parlamentinin binası qarşısnıda etiraz aksiyası Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.
Bu haqda Ermənistan mətbuatı məlumat yayıb.

Bu gün Ermənistan parlamentinin 4 günlük növbəti sessiyası başlayıb. Ali qanunverici orqanda konstitusiya layihəsinin səsə qoyulacağı nəzərdə tutlub.
Məlumata görə, deputatların çoxunun əsas qanunla bağlı islahatın lehinə səs verəcəyi gözlənilir.
Parlamentdəki Ermənistan Respublikaçılar Partiyası, "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" fraksiyaları layihəni dəstəkləyəcəklərini öncədən bildiriblər.

Ermənistan Milli Konqresi və "İrs" təşkilatları isə sənədin parlamentdə təsdiqlənməsinə qarşı çıxırlar. Onlar hesab edir ki, hakimiyyət bu yolla özünün hazırladığı layihəni təsdiqləməyə cəhd edir.

İnform.az

Baxış sayı: 398